Tezliklə dünyanın hansı hava limanına pasportsuz uça biləcəksiniz?
News24 saytına istinadən Icma.az xəbər verir.
Doğrulama üçün pasport əvəzinə biometrik məlumatlardan istifadə etmək istəyirlər. Gələn il Sinqapurun Çanqi hava limanı pasportu yoxlamadan uçuşları həyata keçirməyi planlaşdırır. Əgər biometrik nəzarət sistemləri tətbiq oluna bilsə, o, dünyada bunu həyata keçirən ilk ölkə olacaq.
News24.az-ın məlumatına görə, passport əvəzinə sərnişinlərinbiometrik məlumatları istifadə olunacaq.
2024-cü ildən etibarən Sinqapurdan giriş və çıxışda, baqajın göndərilməsindən tutmuş pasport nəzarəti və minmə qapılarına qədər nəzarətin müxtəlif mərhələlərində biometrikanın istifadə ediləcəyi gözlənilir.
Yəni, artıq turistlərin özləri ilə minik talonları və pasportları gəzdirməsinə ehtiyac qalmayacaq. Bu, Sinqapur hava limanı üçün vacib olan sərnişin təfərrüatlarının yoxlanılması prosesini xeyli sürətləndirəcək. Çünki 100-dən çox aviaşirkət tərəfindən xidmət göstərilən bu hava limanı dünyanın ən işlək olanları sırasındadır.
\\Lent.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 23 Noyabr 2024 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















