Icma.az
close
up
RU
Tezliklə Rusiya Ukrayna arasında sülh mümkündür? AÇIQLAMA

Tezliklə Rusiya Ukrayna arasında sülh mümkündür? AÇIQLAMA

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ABŞ prezidenti Donald Tramp Rusiya ilə müharibə fonunda Ukrayna lideri Volodimir Zelenskiyə ünvanladığı açıqlamada işğal olunmuş ərazilərdən imtina edilməsinin vacibliyini bildirib. Bu bəyanat həm Ukraynanın təhlükəsizlik təminatları məsələsini aktuallaşdırır, həm də Qərb ölkələri arasında mövcud fikir ayrılıqlarını dərinləşdirir".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Ekspertin şərhinə görə, Zelenskinin əsas hədəfi ölkəsi üçün real təhlükəsizlik zəmanəti əldə etməkdir:


“Mən hesab edirəm ki, hazırda işğal olunmuş bütün ərazilərin Rusiyanın nəzarətində qalması real deyil. Bununla belə, bəzi bölgələrin Rusiyanın əlində qalacağı ehtimalı böyükdür. Əsas problem isə ondadır ki, Qərbdə, o cümlədən Ukraynanın özündə də bu məsələ ilə bağlı yekdil mövqe yoxdur. Avropa İttifaqı liderləri vahid qərara gələ bilmir: Donald Trampın yanaşması bir cürdür, Avropa liderlərinin mövqeyi isə tamamilə fərqlidir. Bu da vəziyyəti daha da mürəkkəbləşdirir”.

Politoloqun qənaətinə görə, Ukraynada müəyyən güzəştlərin olması qaçılmaz görünür. Lakin bu güzəştlərin hansı formada ediləcəyi hələlik bəlli deyil.

“Bu, Zelenskinin prezidentliyi dövründə baş verəcək, yoxsa onun istefasından və yeni seçkilərin keçirilməsindən sonra gündəmə gələcək? Digər tərəfdən, Qərbin hansı təhlükəsizlik təminatlarını verəcəyi və Rusiyanın hansı razılaşmalara gedəcəyi də hələlik açıq qalır. Lakin aydındır ki, əgər ərazilər güzəştə gedilsə, Zelenskinin mövqeyi möhkəmlənməyəcək, əksinə, zəifləyəcək. Çünki o zaman Zelenski “ərazi itirmiş bir lider” kimi Ukrayna tarixinə düşəcək. Buna görə də, ehtimal etmək olar ki, heç bir lider belə bir addımı atmaq istəməz”.

Politoloq qeyd edib ki, Donald Tramp açıq şəkildə bildirib ki, müharibəyə kifayət qədər böyük məbləğlər xərclənsə də, nəticəsiz olub:

“Tramp deyib ki, onlar bu halda nəsə əldə edə bilməyəcəklər. Müharibə bu qədər davam etdikcə artıq 300 milyard dollardan çox vəsait xərclənib, amma nəticə əldə olunmayıb. Bu isə o deməkdir ki, daha 300 milyard xərclənsə belə, vəziyyəti dəyişmək mümkün olmayacaq. Hər bir halda Avropa İttifaqı liderləri ilə Donald Trampın Ukrayna məsələsində əldə edəcəyi nəticə birbaşa Ukraynanın gələcək taleyinə təsir göstərəcək. Hazırda sülhdən danışmaq hələ tezdir. Bu məsələnin necə formalaşacağı yaxın proseslərdə aydınlaşacaq”, – deyə politoloq əlavə edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 Avqust 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri