“Rusiya Ukrayna müharibəsi tezliklə bitməyəcək Rusiya iqtisadiyyatı dağılır...”
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya-Ukrayna müharibəsi tezliklə bitməyəcək.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası zamanı ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə keçirdiyi brifinqdə deyib.
"Rusiyanın vəziyyəti elə də ürəkaçan görünmür. Deyəsən, müharibə uzun müddət bitməyəcək", - ABŞ Prezidenti deyib.
Tramp hesab edir ki, Rusiya iqtisadiyyatı çökür və bu, sülh prosesində nailiyyətdir: "Ən böyük irəliləyiş Rusiya iqtisadiyyatıdır. O, dəhşətli vəziyyətdədir. Dağılır. Açığını deyim ki, Ukrayna ordusu bu böyük ordunun qarşısını almaq üçün yaxşı iş görür".
Ağ Ev rəhbəri əlavə edib ki, Çin və Hindistan Rusiya neftini almağa davam etdiyi üçün Ukraynadakı müharibənin əsas sponsorlarıdır. Tramp həmçinin Macarıstanın Baş naziri Viktor Orbanla danışacağını və onu Rusiya neftini almağı dayandırmağa inandıracağını da istisna etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 24 Sentyabr 2025 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















