Icma.az
close
up
RU
Təzyiqi aşağı sala biləcək 7 ədviyyat və bitki (SİYAHI)

Təzyiqi aşağı sala biləcək 7 ədviyyat və bitki (SİYAHI)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

ABŞ-da hər üç yetkin şəxsdən biri yüksək qan təzyiqindən əziyyət çəkir və bu, ürək xəstəlikləri və insult kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Dərmanlar faydalı olsa da, düzgün qidalanma, fiziki aktivlik və bəzi bitki və ədviyyatlar təzyiqin nəzarətdə saxlanmasına yardımçı ola bilər.

Qaynarinfo xəbər verir ki, "Very Well Health" nəşri təzyiqin aşağı salınmasına kömək edə biləcək 7 bitkini təqdim edib:

Reyhan

Reyhan tərkibində olan antioksidant – evgenol, təbii kalsium kanalı bloklayıcısı kimi fəaliyyət göstərir. Bu, kalsiumun qan damarlarına daxil olmasının qarşısını alaraq onların genişlənməsinə və rahatlamasına kömək edir.

Sarımsaq

Sarımsaq tərkibindəki kükürd əsaslı birləşmələr, xüsusilə alisin sayəsində qan damarlarının rahatlamasını və sağlam qan dövranını dəstəkləyir. Bəzi tədqiqatlara görə, sarımsaq ekstraktı bəzi dərmanlar kimi qan təzyiqinə təsir göstərə bilir.

Kəklikotu

Kəklikotu rozmarin turşusu ilə zəngindir. Bu maddə qan dövranını dəstəkləyir, damarları rahatladır və iltihab əleyhinə təsir göstərir. Heyvanlar üzərində aparılan bəzi tədqiqatlar rozmarin turşusunun angiotenzin çevirici fermenti (AÇF) blokladığını və bununla da təzyiqi azaltdığını göstərib.

Cəfəri

Cəfəri C vitamini və karotinoidlər baxımından zəngindir. Bu antioksidantlar qan təzyiqinin və "pis" xolesterin hesab edilən aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsinin azalmasına kömək edə bilər. Hər iki amil ürək xəstəliklərinin qarşısının alınmasında əhəmiyyətlidir.

Kərəviz toxumu

Kərəviz toxumu təbii kalsium kanalı bloklayıcısı kimi fəaliyyət göstərir. İnsanlar üzərində aparılan tədqiqatlar yüksək qan təzyiqi olan şəxslər üçün onun ümidverici təsirini göstərib. Tərkibindəki lif ürək sağlamlığı üçün mühüm qida maddəsidir və təzyiqin normada saxlanmasına dəstək verir.

Zəncəfil

Zəncəfil də kalsium kanalı bloklayıcısı və AÇF inhibitoru kimi təsir göstərərək müxtəlif xəstəliklərin müalicəsində istifadə oluna bilər. Zəncəfil sağlam qan dövranını dəstəkləyir və buna görə də təzyiqi aşağı salmaq məqsədilə geniş istifadə olunur.

Darçın

Heyvanlar üzərində aparılan bəzi tədqiqatlar darçının qan damarlarını genişləndirərək təzyiqi azaltdığını göstərib. İnsanlar üzərində aparılan tədqiqatlar isə onun müntəzəm istifadəsinin digər müalicə üsulları ilə yanaşı, qan təzyiqini normada saxlamağa kömək etdiyini sübut edib.

Təzyiqi aşağı salan gündəlik vərdişlər

Qan təzyiqinin təkcə dərman, bitki və əlavələrlə deyil, gündəlik vərdişlərlə də tənzimlənməsi mümkündür. Bunlara aşağıdakılar daxildir:

* Gündə azı 30 dəqiqə fiziki aktivlik;

* Minimum emal olunmuş bitki əsaslı qidaların qəbulu;

* Nikotin və alkoqoldan imtina;

* İstirahət və stress səviyyəsinin azaldılması.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:342
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 May 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri