Icma.az
close
up
RU
Təzyiqi dərmansız necə salmaq olar? HƏKİM TÖVSİYƏLƏRİ

Təzyiqi dərmansız necə salmaq olar? HƏKİM TÖVSİYƏLƏRİ

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Arterial təzyiqin xroniki qalxması orqanizmə ciddi ziyan vurur və bir çox pozulmalara yol açır.

Bu səbəbdən özünüzdə tez-tez arterial təzyiqin artmasını müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin. Həkim arterial təzyiqin qalxmasının səbəbini araşdıracaq  və bu səbəbdən asılı olaraq sizə lazım olan müalicə təyin edəcək.

İnsanda arterial təzyiqin qalxmasına bəzi xəstəliklər səbəb ola bilər. Bu xəstəliklər arasında:

- Böyrək xəstəlikləri (piyelonefrit, qlomerulonefrit).

- Qalxanvari vəzi xəstəlikləri (tireotoksikoz).

- Böyrəküstü vəzilərin şişləri.

- Ateroskleroz.

- Bəzi ürək və damar xəstəlikləri (ürək qüsurları və s.).

- Baş və onurğa beyini xəstəlikləri və travmaları və s.

Lakin bəzən tam sağlam insanlarda arterial təzyiq tez-tez səbəbsiz olaraq qalxır. Belə insanlar həkimlərə müraciət edir, müayinələrdən keçir və s., ancaq təzyiqin qalxmasına səbəb olan amil aşkar olunmur. Həkimlərin müşahidələrinə görə, bir çox hallarda belə insanlara heç bir xüsusi müalicə tələb olunmur. Sadə qaydalara əməl etməklə onlar təzyiqini normaya sala bilərlər.

Həkimlərin tövsiyələrini sizə təqdim edirik:

1. Duzun qəbulunu azaldın!

Müasir insanlar həddən artıq çox miqdarda duz qəbul edir. Duz böyrəklərin fəaliyyətini çətinləşdirir və orqanizmdə mayeni saxlayır ki, bu da ödemlərə və təzyiqin qalxmasına səbəb olur.

Bu səbəbdən təzyiqiniz qalxırsa, duzun qəbulunu azaldın. Duzlu, hisə verilmiş qidalar, müxtəlif şorabalar, konservlər, kolbasa-sosis, fast-fud qidaları, çipsi qidalanmadan çıxarılmalıdır. Qidalara daha az miqdarda duz əlavə edin (qida şit olmalıdır). Bir müddətdən sonra siz belə qidalara öyrəşəcəksiniz. Gün ərzində 1 çay qaşığı duzla kifayətlənin.

Nəzərinizə çatdıraq ki, duzdan tam imtina etmək olmaz. Bu da sağlamlığımız üçün ziyanlıdır.

2. Axşam saatlarında qida, çay və spirtli içkiləri qəbul etməyin!

İnsan qidanin əsas hissəsini səhər və günorta saatlarında qəbul etməlidir. Bu halda qida ilə orqanizmə daxil olan kalorilər daha tez sərf olunur, həzm prosesləri normal gedir, orqanizm isə yüklənmir. Axşam saatlarında qəbul olunan qida isə (xüsusilə yatmazdan əvvəl) yalnız artıq çəki və arterial təzyiqinin qalxması kimi problemlərə səbəb olacaq. Şam yeməyi mümkün qədər yüngül olmalıdır (məsələn, salat və ya sıyıq, yoqurt, meyvələr, kefir və s.).

Axşam saatlarında çayın, suyun həddən artıq qəbulu təzyiqin artmasına səbəb olur. Artıq maye böyrəkləri yükləyir ki, bu da təzyiqin artmasına səbəb olur.

3. Daha çox hərəkət edin!

Həkimlərin müşahidələrinə görə, azhərəkətli həyat tərzi hipertoniyanın əsas səbəblərindən biridir. Əgər insan günün bir çox hissəsini oturursa, qanın damarlarda hərəkəti çətinləşir, qan daha "ağır" hərəkət edir, damarlar gərginləşir və bu da təzyiqin artmasına gətirib çıxardır.

Bu səbəbdən insan gün ərzində daha çox hərəkət etməlidir - piyada gəzməli, bədən tərbiyəsi ilə məşğul olmalı, daha az uzunmalı və oturmalıdır.

Üzgüçülük, yoqa təziyiqi çox yaxşı salır.

4. Kifayət qədər yatın və dincəlin!

Normal gecə yuxusu insanın sağlamlığı üçün olduqca önəmlidir. Əgər insan gecələr müxtəlif səbəblərə görə (iş, təhsil, yuxusuzluq və s.) yatmırsa, onun endokrin sisteminin fəzliyyəti pozulur. Hormonal pozulmalar isə bir çox hallarda təzyiqin qalxmasına səbəb olur.

Həkimlər müşahidələrinə görə, gecə vaxtı 6 saatdan az yatan insanlarda hipertoniyanın riski artır.

Müasir insanların bir çox hissəsi həddən artıq çox işləyir, yorulur, daim gərgin olur. Gərgin insanın orqanizmində damarlar da gərginləşir və bu da təzyiqin artmasına səbəb olur. Gün ərzində dincəlmək üçün vaxt tapın - mütaliə edin, uzanıb sakit müsiqiyə qulaq asın, açıq havada gəzin və s. Bu gərginliyin azalmasına kömək edəcək.

5. Neqativ xəbərlərdən uzaq olun!

Televizor, İnternet və s. kütləvi informasiya vasitələri gün əzrində insana çoxlu sayda  neqativ məlumatları təqdim edir (qətl hadisələri, qəzalar, müharibələr və s.). Belə məlumatlar insanın sinir sistemində gərginlik yaradır, onu daim stress vəziyyətdə saxlayır. Bu isə, təbii ki, təzyiqin artmasına səbəb olur.

6. Düzgün qidalanın, artıq çəki yığmayın!

Piylənmə hipertoniyanın və bir çox digər pozulmaların əsas səbəblərindən biridir.

Təzə meyvə və tərəvəzlərin qəbulu ürək əzələsinə və qan damarlarına çox müsbət təsir edir, onların sağlamlığını qoruyur. Çuğundur və çuğunduq şirəsi, sitrus meyvələri, sarımsaq, qara qarağat, itburnu dəmləməsi damarlar üçün xüsusilə xeyirlidir.

Bundan əlavə insanın qidalanmasında kalium və maqnezium mineralları ilə zəngin olan qidalar olmalıdır. Bu iki mineral ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir.  Qarabaşaq, yulaf yarmasından sıyıqlar, lobya, ərik və qara qavalı qurusu, xurma, badımcan, göyərti, qoz-fındıq bu minerallarla zəngindir.

Nəzərinizə çatdıraq ki, sadaladığımız qaydalara daim əməl etmək lazımdır. Yalnız bu halda təzyiqiniz normal səviyyədə olacaq.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see212

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see140

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri