Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Təzyiqi dərmansız salmaq mümkündürmü?

Təzyiqi dərmansız salmaq mümkündürmü?

Icma.az bildirir, News24 portalına istinadən.

Yüksək qan təzyiqi milyonlarla insana təsir edən, vaxtında müdaxilə olunmadıqda isə ciddi sağlamlıq fəsadlarına səbəb ola bilən bir problemdir. Son illərdə bəzi insanlar dərman əvəzinə həyat tərzində dəyişikliklər edərək təzyiqi aşağı salmağa çalışırlar. Mütəxəssislərə görə, bu bəzi hallarda mümkün olsa da, hər kəs üçün keçərli deyil.

News24.az xəbər verir ki, əgər qan təzyiqi 140/90 mm civarında və ya bir qədər aşağıdırsa, eyni zamanda xəstədə şəkərli diabet, böyrək və ya ürək-damar sistemi ilə bağlı narahatlıq yoxdursa, ilkin mərhələdə dərmansız üsullar sınana bilər. Məqsəd təzyiqi 130/80 mm göstəricisindən aşağı salmaqdır. Bu mərhələdə əsas addımlar duzsuz qidalanma, artıq çəkidən azad olmaq, fiziki fəallığı artırmaq və əsəb gərginliyini idarə etməkdir.

Duzu az qəbul etmək xüsusilə faydalıdır. Gündə 5 qramdan artıq duz istifadəsi təzyiqi artırır.  Duz miqdarını azaltmaq bəzi insanlarda sistolik (yuxarı) təzyiqi 5-6 mm aşağı sala bilər.

Çəkidən azalma da təzyiqə müsbət təsir göstərir. Mütəxəssislər bildirirlər ki, 5 kiloqram çəki itkisi böyük təzyiqdə 4-5 mm qədər azalma ilə nəticələnə bilər. Həmçinin, gündə 30 dəqiqə sürətli gəzmək və ya velosiped sürmək faydalı hesab olunur.

Nəfəs məşqləri də diqqət çəkir. Məsələn, 4 saniyə nəfəs alıb, 6 saniyədə buraxmaqla edilən təlimlər əsəb sistemini sakitləşdirərək qan təzyiqini aşağı sala bilər.

Bitki mənşəli vasitələr — hibiskus dəmləməsi, nar şirəsi və sarımsaq bəzi elmi araşdırmalarda müsbət nəticə vermişdir. Lakin bu vasitələrin dozası və digər dərmanlarla qarşılıqlı təsiri nəzərə alınmalı, yalnız həkim məsləhəti ilə istifadə olunmalıdır.

Bütün hallarda qeyd olunmalıdır ki, qan təzyiqi 150/95 mm-dən yüksək olan və bununla yanaşı xroniki xəstəlikləri olan insanlar üçün dərmansız yanaşma təhlükəli ola bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, vaxtında müalicə olunmayan yüksək təzyiq ürək, böyrək və beyin kimi həyati orqanlara zərər vura bilər.

Nəticə olaraq, təzyiqin idarə olunmasında həyat tərzi dəyişiklikləri dəyərli və dəstəkləyici rol oynayır, lakin hər bir pasiyent üçün yetərli olmaya bilər. Ən düzgün qərar yalnız həkimlə məsləhətləşərək verilməlidir.

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 İyul 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see793

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see440

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see311

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see291

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see275

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see272

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see270

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see252

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see243

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see239

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see236

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see235

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see235

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see231

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see229

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see215

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see213

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see210

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri