Icma.az
close
up
RU
Təzyiqlərlə müstəqillik dayandırıla bilməz Tural Abbaslı Rusiyadan DANIŞDI

Təzyiqlərlə müstəqillik dayandırıla bilməz Tural Abbaslı Rusiyadan DANIŞDI

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya daxilində baş verən son hadisələr, xüsusilə müsəlmanlara və azərbaycanlılara qarşı yönələn təzyiq dalğası, təkcə hüquqi və ya inzibati tədbirlər kontekstində izah oluna bilməz. Bu, daha dərindən köklənmiş və Kreml siyasətində sistematik şəkildə yer alan bir düşüncə tərzinin təzahürüdür. Müxtəlif xalqlara qarşı tarixi şəkildə formalaşmış şovinist münasibət bu gün artıq dini və etnik kimlik üzərindən yeni hədəflər tapır. 

Əslində, bu proseslərin kökündə duran əsas səbəb təkcə milli ayrı-seçkilik və islamofobiya deyil, həm də Rusiyanın keçmiş imperial ambisiyalarına söykənən qeyri-bərabər münasibət tərzidir. Azərbaycanın artan müstəqilliyi, suveren mövqeyi və beynəlxalq siyasətdə sərbəst davranışı artıq bəzi dairələr üçün təhlükə kimi dəyərləndirilir. Və bu təhlükə təsəvvürü getdikcə daha açıq və kobud üsullarla cavablandırılır.

Ağ Partiyanın sədri Tural Abbaslı Bakıvaxtı.az-a müsahibəsində bildirib ki, Rusiyada müsəlmanlara və azərbaycanlılara qarşı artan təzyiqlər sistemli və planlı şəkildə həyata keçirilir, bu isə Kremlin şovinist və imperialist mahiyyətindən qaynaqlanır.

- Son dövrlər Rusiyada azərbaycanlılara qarşı təzyiqlərin artması, media fiqurlarının açıq anti-Azərbaycan ritorikası diqqət çəkir. Sizcə, bu təsadüfi haldır, yoxsa məqsədli kampaniyadır?

- Baş verənlər heç də təsadüfi deyil. Ortada sistemli və planlı şəkildə aparılan bir proses var. Rusiya tarixən digər xalqlara qarşı dözümsüz münasibəti ilə tanınıb, bu isə indi daha açıq şəkildə - xüsusilə müsəlman xalqları və onların içində də azərbaycanlılara qarşı yönəlib. Solovyov kimi Kremlin ruporu sayılan fiqurların açıq şəkildə Azərbaycanı və azərbaycanlıları hədəfə alması sadəcə şəxsi mövqe deyil. Bu, mərkəzdən idarə olunan, ictimai rəyin formalaşdırılmasına və təzyiqlərin leqallaşdırılmasına xidmət edən bir prosesdir.

- Sizcə, bu siyasətin arxasında nələr dayanır? Rusiya niyə belə bir yol seçib?

- Bunun əsas səbəbi Rusiyanın içində olduğu ümidsiz geosiyasi vəziyyətdir. Ukraynada bataqlığa düşən, Qərbə qarşı bütün cəbhələrdə uduzan bir Rusiya artıq daxildə və yaxın çevrəsində yeni düşmən obrazı yaratmaq məcburiyyətindədir. Bu məqsədlə müsəlmanlara qarşı islamofobiya, azərbaycanlılara qarşı etnik diskriminasiya alovlandırılır. Çünki Kremlin ənənəvi idarə üsulu - qorxu, düşmənçilik və vahid düşmən ətrafında cəmiyyətin səfərbər olunmasıdır.

- Azərbaycanın bu prosesdə mövqeyi necə görünür? Bu təzyiqlər ölkəmizə qarşı yönəlmiş daha geniş bir planın tərkib hissəsidirmi?

- Şübhəsiz. Azərbaycan artıq Qarabağ münaqişəsini həll etdikdən sonra öz müstəqil və bərabərhüquqlu siyasətini formalaşdırmağa başlayıb. Bu isə Rusiyanın imperialist düşüncəsinə uyğun gəlmir. Onlar hələ də “böyük qardaş - kiçik qardaş” modelini tətbiq etmək istəyirlər. Azərbaycan kimi sərbəst düşünən və Rusiya ilə eyni səviyyədə danışmağa çalışan ölkələr isə onlarda qıcıq yaradır. Ona görə də müxtəlif təzyiq alətləri ilə - miqrantlara zülm, azərbaycanlıların bazarlardan çıxarılması, məhsulların idxalına qadağalar və sair - ölkəmizə “siz hələ bizdən asılısınız” mesajı verilmək istenir. Amma bu, artıq keçmişin siyasətidir və nəticə verməyəcək.

- Rusiya bu təzyiqlərlə məqsədinə çata bilərmi? Azərbaycan nə etməlidir?

- Xeyr, Rusiya bu cür davranışlarla istədiyinə çata bilməyəcək. Azərbaycan artıq kiçik, lakin tam müstəqil bir dövlətdir və beynəlxalq münasibətlər sistemində özünü suveren aktor kimi aparır. Bu, bəzi böyük dövlətləri narahat etsə də, bizim başqa yolumuz yoxdur. İran, Rusiya, Fransa kimi ölkələrin təzyiqləri də məhz bu müstəqil kursun nəticəsidir. Amma biz geri çəkilməməliyik. Tam hüquqlu, bərabər səviyyədə münasibətlər qurmaq istəyiriksə, bu mövqedə qətiyyətli qalmalıyıq.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 İyul 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri