Icma.az
close
up
RU
TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək

TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə dünya çempionatına hazırlıq həm yaşıl meydanda, həm də rəhbərlik səviyyəsində davam edir.

"Football-plus.az" xəbər verir ki, türkiyə Futbol Federasiyasının (TFF) bu aralar üzərində ən çox çalışdığı mövzu mundial üçün səyahətlərin planlaşdırılması və xüsusi dəvətli isimlərin müəyyənləşdirilməsidi.
Məsələ burasındadı ki, əvvəlki rəhbərliyin, yəni Mehmet Büyükekşinin prezidentliyi dönəmində TFF-nin yığmanın oyunları zamanı səyahətlərə geniş heyətlə yollanması və ən əsası bunun üçün külli miqdarda pulun ayrılması Türkiyə futbol ictimaiyyətində etiraza və böyük müzakirələrə səbəb olmuşdu. İbrahim Hacıosmanoğlunun rəhbərlik etdiyi indiki federasiya əvvəlki səhvlərə yol verməmək üçün bu mövzuda radikal addımlar atmaq qərarına gəlib. İlk yenilik ondan ibarətdi ki, artıq heç bir klub rəsmisinə və ya prezidentə pulsuz səyahət təşkil olunmayacaq!
Ötən nəhəng turnirdə klubların rəsmilərinin bilet, səyahət, otel pullarını federasiya ödəyirdi. Bu dəfə bununla bağlı hətta klublara məlumat xarakterli rəsmi məktub da göndərilib. Belə ki, mundialı canlı izləyərək okeanın o tayına yollanmaq istəyən klub prezidentləri üçün iştirak haqqı kimi 15 min dollarlıq məbləğ müəyyənləşdirilib. Yalnız bu məbləği federasiyanın hesabına köçürən başqanlar qurumla birlikdə səyahət edə və yığmanın oyunlarını izləyə biləcək. Turnirə həyat yoldaşı ilə birlikdə qatılmaq istəyən başqanlar isə daha çox – 24 min dollar ödəməli olacaqlar!
Bundan başqa biletlər VİP-lojadan yox, birinci dərəcəli tribunalardakı yerlərdən alınacaq. Pulsuz biletlərin hansı sistemlə paylanılacağına da aydınlıq gəlib. Futbolçularla məşqçilər korpusunun ailələrinə və yaxınlarına ümumilikdə 250 bilet veriləcək. Bənzər şəkildə Türkiyə yığmasının sponsor şirkətlərində çalışanlar üçün də 250 bilet nəzərdə tutulub. Federasiyanın idarə heyətinin hər bir üzvünə isə üç pulsuz bilet veriləcək.
Bu günə qədər nəhəng turnirlərə yalnız federasiyanın hesabına getməyə alışan klub rəsmilərinin bu yeniliyə reaksiyasının necə olacağı maraq doğurur. Hazırda Türkiyədə 139 klub prezidenti var. Qarşıdan isə federasiyanın illik maliyyə toplantısı gəlir. Bu yenilik üzündən toplantıda hərarətli anların yaşanacağı istisna olunmur. Üstəlik TFF rəhbərliyinin fəaliyyətinin qənaətbəxş olub-olmaması da səsverməyə çıxarılacaq...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 İyun 2026 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see321

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see289

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see288

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see286

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see276

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see260

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see253

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see241

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see239

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see235

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see235

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see232

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see217

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see216

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see216

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see214

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see211

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see207

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see193

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri