TFFnin prezidenti: Rusiyaya tətbiq edilən sanksiyalar İsrail komandalarına şamil edilmir
Icma.az, sport24.az saytına istinadən bildirir.
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu Avropa Liqasının Liqa mərhələsinin V turunun "Beşiktaş" – "Makkabi" (Təl-Əviv) matçının Macarıstanda keçirilməsi ilə bağlı danışıb. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, TFF-nin rəhbəri futbolun sülhə, qardaşlığa xidmət etməsini istədiklərini bildirib:
"Biz futbolun sülhə və qardaşlığa xidmət etməsini istəyirik. Amma təəssüf ki, "Beşiktaş"ın buraya gəlməsinin səbəbi budur. Bu gün bu, Rusiyada və Ukraynada ikili standartlarla bağlıdır.
Rusiyaya tətbiq edilən sanksiyalar İsrail komandalarına şamil edilmir. Bu komandalar hələ də bütün dünyada idman yarışlarında mübarizə aparırlar. Biz bu gün Türkiyə Futbol Federasiyası olaraq buna müqavimət göstərmək üçün buradayıq".
Baxış sayı:105
Bu xəbər 28 Noyabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















