TFFnin prezidenti istefa verib?
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlunun istefa verdiyi ilə bağlı xəbərlər yayılıb.
Gununsesi.info xəbər verir ki, federasiya prezidenti yayılan xəbərlərə aydınlıq gətirib.
Hacıosmanoğlu bildirib ki, haqqındakı iddialar tamamilə əsassızdır:
“Bu gün mənim Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa verməyimlə bağlı əsassız xəbərlər və şayiələr dolaşıb. İctimaiyyətin nəzərinə çatdırmaq istəyirəm ki, bu xəbərlər heç bir şəkildə həqiqəti əks etdirmir.
Bizim həyatımız bir növ mübarizə ilə keçdi. Üzərimizə götürdüyümüz hər bir vəzifəyə canımızı qoyduq. Hər addımı vətən sevgisi ilə atdıq, bu gün də eyni inanc və əzmlə yolumuza davam edirik.
Bizim üçün vacib olan inandığımız dəyərlər uğrunda mübarizəyə davam etməkdir. İctimaiyyəti iddialarla çaşdırmaq cəhdləri heç vaxt öz məqsədinə çatmayacaq və qurumumuzun missiyasına xələl gətirməyəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 25 Noyabr 2024 08:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















