Icma.az
close
up
RU
“Tfu üzünüzə, arsızlar”

“Tfu üzünüzə, arsızlar”

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

Xətai rayonunda yerləşən Laçın rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi arasında qalmaqal yaşanıb. Direktorla müəllimlərdən biri arasında başlayan qalmaqala müəllimin ailə üzvləri də qoşulub və iş məhkəməyə qədər uzanıb.

Məhkəməyə müraciət edən şəxs direktor Zəravənd Quliyev olub.

Direktor kollektivdən Pərvanə Rüstəmovadan, onun oğlundan və ərindən şikayətçi olub. Onların böthan və təhqirə görə cəzalandırılmasını istəyib. Müəllimlərin bir neçəsi direktorun tərəfini saxlayıblar.

Xətai Rayon Məhkəməsinə üz tutan Z.Quliyev qeyd edib ki, Pərvanə Rüstəmova ondan əsassız şikayətlər edib. Buna görə də ona bir dəfə töhmət verilib. Lakin Pərvanə Rüstəmova ondan yenə də şikayətlər edib, qanunsuz əməllərə yol verdiyini ölkə rəhəbrliyinə qədər yazdığı məktublarda deyib.

Bundan sonra Pərvanə Rüstəmovanın müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə xitam verilib. Amma Mediasiya zamanı barışıq əldə edilib və P.Rüstəmova işinə bərpa edilib. Lakin bundan sonra da tərəflər arasında dava-dalaş səngiməyib.

Direktorun sözlərinə görə, şura iclası keçirilən zaman P.Rüstəmova da orada olub. İclasda 19 nəfər iştirak edib. Onlardan 4 nəfəri videogörüntü ilə iclasa qoşulub. Həmin iclasda P.Rüstəmovaya dərsə gəlmədiyi üçün töhmət elan edilib. Direktorun iddiasına görə, P.Rüstəmova ayağa qalxaraq “tfu, sizin kimi kollektivə” deyərək etiraz edib. Direktor da bunu özünə və kollektivə təhqir kimi qəbul edib.

Direktorun şikayətindən sonra kollektivdən bir neçə müəllim də onu dəstəkləyib və P.Rüstəmovanın onları təhqir etdiyini, üzlərinə tüpürdüyün deyiblər.

Bunlardan əlavə, Pərvanə Rüstəmova ölkə rəhbərliyinə müraciət edərək direktorun qanunsuz əməlləri barədə yazıb. Qeyd edib ki, direktor əlavə vakant yerlər açaraq işçi götürür, müəllimlərdən qanunsuz pullar yığır, kollektivlə normal davranmır.

Direktor həmçinin P.Rüstəmovanın oğlu Orxandan da şikayətçi olub. Onun sözlərinə görə, Orxan anasının əmək kitabçasını götürməyə gələn zaman aralarında mübahisə olub. Direktor əmək kitabçasını ona verə bilməyəcəyini deyib. Bu zaman Orxan ona “50-100 manatdan alıb camaatı aylığa saxlayırsan. Mənim üçün kişi olub” deyərək ona böhtan atıb.

Pərvanə Rüstəmova iddialara cavab olaraq məhkəmədə bunları deyib:

“Zəravənd müəllimin mənimlə və başqa bir müəllimlə narazılığı var idi. Çünki bütün müəllimlər kimi ona aylıq pul vermirdik. Zəravənd müəllim məni dəfələrlə yoxlamağa başladı. Diplomumun həqiqiliyini yoxlayırdı. İşdə olduğum halda video çəkib qrupa göndərirdi ki, guya işdə yoxam. Həmin iclasda qızlara dedim ki, direktorun dedikləri ilə oturub-durmasınlar. Başı aşağı şəkildə “tfu, bu nə idi?” dedim. Çünki əsəbiləşmişdim. Çünki həmin iclasda mənimlə yox, digər müəllimlə bağlı məsələ müzakirə olunmalı idi. Deyirlər ki, onların üzünə tüpürmüşəm. Zəravənd müəllim hər şeyi videoya çəkirdi. Tüpürməyimi niyə çəkməyib?”

Direktorun şikayət etdiyi digər şəxs Pərvanə Rüstəmovanın həyat yoldaşı Həsi Vəliyevdir. Direktor məhkəməyə deyib ki, Həsi Vəliyev də kollektivi təhqir etdiyi üçün cəzalandırılmalıdır.

Həsi Vəliyev isə özünü müdafiə edən zaman bildirib ki, məktəbdə iki müəllim onun yoldaşı haqda nalayiq ifadə işlədiblər. O da müəllimələrə “bura pozğunxanadır. Bu nə söhbətlərdir edirsiniz?” deyib. Direktor bu sözləri təhqir kimi qəbul edərək H.Vəliyevin də cəzalandırılmasını istəyib.

Direktor şikayətçi olduğu şəxslərin cəzalandırılması ilə yanaşı, onlardan ümumilikdə 30 min manat mənəvi təzminatın tutularaq ona ödənilməsini sitəyib.

Məhkəmədə 6 müəllimə direktoru müdafiə edərək Pərvanə Rüstəmovanın əleyhinə ifadə veriblər. Onlar P.Rüstəmova tərəfindən təhqir edildiklərini, üzlərinə tüpürdüyünü deyiblər. Bunu özlərinə təhqir kimi qəbul edən müəllimələr həmkarlarının cəzalandırılmasını istəyiblər.

Deyiblər ki, Pərvanə Rüstəmova onlara “yaltaq”, “tfu, üzünüzə”, “nə gündəsiniz”, “arsızlar”, “vicdansızlar” deyərək şərəf və ləyaqətlərini alçaldıb. Həmçinin Həsi Vəliyevin onlara “pozğunlar” deyərək təhqir etdiyini bildiriblər.

Məhkəmə tərəfləri dinlədikdən sonra qənatə gəlib ki, şahidlər ziddiyyətli ifadələr verərək  Pərvanə Rüstəmova tərəfindən təhqir edildiklərini deyiblər. Həmçinin P.Rüstəmovanın iclasda 15 nəfərin üzünə tüpürməsini mümkünsüz hesab edib.

Məhkəmə direktorun və müəllimələrin şikayətini əsassız hesab edib.

Təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılıb.

Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://pravda.az
archiveBu xəbər 06 Yanvar 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see144

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see138

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see118

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri