Icma.az
close
up
RU
FİFA Ançelottinin məsələsini araşdırır

FİFA Ançelottinin məsələsini araşdırır

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Braziliya yığmasının yeni baş məşqçisi Karlo Ançelotti 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə turnirinin növbəti matçları üçün heyəti açıqlayıb.
Bu haqda Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.
Heyətə 25 futbolçu daxil edilib. Ən böyük sürpriz Ançelottinin rəhbərliyi altında “Real”da çıxış etmiş Rodriqo Qoesin heyətə salınmaması olub. Bundan əlavə, “Santos”un zədəsini yenicə sağaldan hücumçusu Neymar da qarşıdakı oyunlarda iştirak etməyəcək. “Betis”in hücumçusu Antoni uzun fasilədən sonra - 2023-cü ilin martından bəri ilk dəfə milli komandaya çağrılıb.
Həmçinin “Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro da heyətə qayıdıb. Qeyd edək ki, Braziliya yığması DÇ-2026-nın seçmə mərhələsində iyunun 6-da Ekvador, iyunun 11-də isə Paraqvay ilə qarşılaşacaq.
Bu arada FİFA Ançelottinin Braziliya yığmasına təyinatı ilə bağlı məsələni araşdırmağa başlayıb. Ali futbol qurumu təyinat zamanı futbol agentləri ilə bağlı mövcud qaydaların pozula biləcəyindən şübhələnir.
“Globo” qəzetinin yazdığına görə, FİFA-da konkret Dieqo Fernandesin fəaliyyəti şübhə doğurub. Məlumatda biznesmenin italiyalı mütəxəssis, onun sabiq klubu “Real” və Braziliya Futbol Konfederasiyası (BFK) arasında aparılan danışıqlarda vasitəçilik etdiyi və bu fəaliyyətlə məşğul olması üçün lisenziyaya malik olmadığı bildirilib.
FİFA BFK-dan Fernandesin iştirakıyla aparılan danışıqlar prosesində imzalanan sənədləri və ödənişlərlə bağlı məlumatları istəyib. Səbəbkar isə danışıqlarda yalnız məsləhətçi kimi iştirak etdiyini deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 İyun 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1373

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see688

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see546

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see533

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see519

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see482

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see436

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see415

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see406

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see392

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see385

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see372

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see369

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see352

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see344

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see339

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see335

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see335

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see327

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see320
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri