Icma.az
close
up
RU
Yeni tədqiqat Yerdə yeddi deyil, altı qitənin olduğunu iddia edir

Yeni tədqiqat Yerdə yeddi deyil, altı qitənin olduğunu iddia edir

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Derbi Universitetindən olan tədqiqatçılar, Avropa ilə Şimali Amerika arasındakı sərhədin əvvəl düşündüyümüz qədər aydın olmadığını irəli sürürlər. 

Qaynarinfo xəbər verir ki, bu yeni araşdırmanın mərkəzində isə Şimali Atlantik okeanında yerləşən İslandiya dayanır.

İndiyədək İslandiya, Şimali Amerika ilə Avrasiya litosfer plitələrini ayıran Orta Atlantik silsiləsi üzərində yerləşən müstəqil vulkanik ada kimi qəbul edilirdi. Lakin Dr. Cordan Fitean və onun komandası tərəfindən təqdim edilən yeni geoloji məlumatlara görə, bu ayrılma prosesi tam şəkildə başa çatmayıb. Tədqiqata əsasən, bu iki qitə geoloji baxımdan hələ də bir-biri ilə əlaqəli ola bilər.

Alimlərin diqqətini çəkən ərazi Qrenlandiya, İslandiya və Farer adaları arasında uzanan və Qrenlandiya–İslandiya–Farer silsiləsi adlandırılan sualtı relyef formasıdır. Aparılan təhlillər bu sırtın həm Avropa, həm də Şimali Amerika plitələrinə xas geoloji xüsusiyyətlərə malik olduğunu göstərir. Bu isə İslandiyanın sadəcə ada deyil, iki qitə arasında yerləşən, ayrılma prosesi tam başa çatmamış keçid zonası ola biləcəyini ortaya qoyur.

Tədqiqatda dəniz dibindəki yer qabığının həm materik, həm də okean tipli xüsusiyyətlər daşıdığı qeyd olunur. Bu səbəbdən tədqiqatçılar bu ərazini "ROMP" adlandırıblar - yəni materik xüsusiyyətlərinə malik olsa da, okean qabığı ilə birləşmiş lav platosu.

Tədqiqatda həmçinin İslandiya ilə Şərqi Afrikada yerləşən Afar bölgəsi arasında oxşarlıqlar vurğulanır. Hər iki region, aktiv vulkanik fəaliyyətin müşahidə edildiyi və yer qabığının ayrıldığı geoloji zonalardır. Bu bənzərlik, İslandiyada müşahidə edilən proseslərin də hələ başa çatmamış ayrılma mərhələsi ola biləcəyini düşündürür.

Mübahisəli görünə biləcək bu araşdırma, ətraflı geoloji ölçmələr və modelləşdirmələrə əsaslanır. Dr. Fitean daha əvvəl Kanada ilə Qrenlandiya arasında, dəniz altında yerləşən və Böyük Britaniya böyüklüyündə olduğu ehtimal edilən materik tipli sahə müəyyən etdiklərini də xatırladır. Bu kimi kəşflər Yer səthinin formalaşmasının bu gün də dinamik şəkildə davam etdiyini sübut edir.

Əgər təqdim olunan son nəticələr təsdiqlənərsə, Avropa ilə Şimali Amerikanın əslində geoloji cəhətdən hələ də bir-biri ilə bağlı olduğu qənaətinə gəlinə bilər. Bu isə ənənəvi "yeddi qitə" modelinin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. Araşdırma müəyyən mənada Avropa ilə Şimali Amerikanı tək bir qitə kimi nəzərdən keçirir. Belə bir dəyişiklik təkcə dərsliklərə deyil, ümumilikdə qitələrin necə tərif edildiyinə dair elmi anlayışa da təsir göstərə bilər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 İyun 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri