Icma.az
close
up
RU
The Best in Azərbaycan təmsilçisi: Canluici Donnarumma ilə eyni oyunçuları seçmişik

The Best in Azərbaycan təmsilçisi: Canluici Donnarumma ilə eyni oyunçuları seçmişik

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

FIFA Qətərin paytaxtı Dohada keçirilən tədbirdə dünya futbolunun ən yaxşılarını mükafatlandırıb. Fransa millisi və "Pari Sen-Jermen"in hüsumçusu Usman Dembele 2025-ci ilin "The Best" mükafatına layiq görülüb.

Reyting.az xəbər verir ki, milli komandaların kapitan və baş məşqçiləri, həmçinin media nümayəndələri və azarkeşlərin qatıldığı sorğuda Azərbaycanı təmsil edən Rasim Mövsümov nəticələrlə bağlı fikirlərini bölüşüb:

"Sentyabrda "Qızıl top"u qazanan Dembelenin FIFA tərəfindən də dünyanın ən yaxşı futbolçusu seçiləcəyi gözlənilən idi. Bu sorğuda da respondentlər tərəfindən oyunçuların 2024-ci ilin avqustundan 2025-ci ilin avqustunadək olan çıxışı qiymətləndirilib.

28 yaşlı Dembelenin "Pari Sen-Jermen" ilə Çempionlar Liqasını qazanması və onun UEFA tərəfindən turnirin ən dəyərli oyunçusu seçilməsi, həmçinin mövsüm ərzində bütün yarışlarda 35 qol vurması nüfuzlu mükafata layiq görülməsi ilə nəticələnib.

Yekun üçlükdə həmçinin "Barselonalı" Lamin Yamal və "Real Madrid"li Kilian Mbappe də yer alıblar.

Mən öz anketimdə sıra ilə Dembele, Yamal və "Pari Sen-Jermen"in digər üzvü Aşraf Hakiminin adlarını yazmışam. Yeri gəlmişkən, İtaliya millisinin kapitanı Canluici Donnarumma da bu oyunçuları seçib, amma cüzi fərqlə: onun sıralamasında ikinci və üçüncü mövqedəki futbolçuların yeri dəyişib.

Sorğuya Mərakeş millisinin kapitanı kimi qatılan Hakiminin özü isə Mbappe, Dembele və Rafinyaya səs verib. Dünya çempionu Argentina komandasının kapitanı, əfsanəvi Lionel Messinin seçimi isə belə olub: Dembele, Mbappe və Yamal.

Digər laureatlara gəlincə, səs verdiyim ispaniyalı Luis Enrike ən yaxşı məşqçi, italiyalı Canluici Donnarumma ən yaxşı qapıçı, qadın futbolunda isə ispaniyalı Aytana Bonmati ən yaxşı futbolçu (ardıcıl 3-cü dəfə!), niderlandlı Sarina Vieqman ən yaxşı məşqçi və ingiltərəli Anna Hempton ən yaxşı qapıçı seçiliblər. Luis Enrikenin daha əvvəl - 2015-ci ildə də FIFA tərəfindən ən yaxşı məşqçi seçildiyini, Vieqmanın isə 5-ci dəfə bu şərəfə layiq görüldüyünü də qeyd edim".

V. QULİYEV


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Dekabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri