Icma.az
close
up
RU
Canluici Donnarumma: İngiltərə, yoxsa Qalatasaray ?

Canluici Donnarumma: İngiltərə, yoxsa Qalatasaray ?

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Canluici Donnarumma həqiqətən də “PSJ”dən ayrıla bilər – hətta Çempionlar Liqasını qazandıqdan sonra belə.

dman.biz "L’Equipe" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı italiyalı qapıçı ilə müqavilənin müddətinin uzadılması üzrə danışıqlar, demək olar ki, dayanıb.

Donnarumma maaşının artırılmasını istəyir. Eyni zamanda PSJ “Lill”dən yeni qapıçı tapıb və transferi reallaşdırmaq üzrədir.

Bəs Cici? Doğrudanmı gedəcək?

Donnarumma maaşının artırılmasını istəyir, PSJ isə əksinə, hətta daha az təklif edir. Nə qədər? Donnarumma ildə ən azı 15 milyon avro istəyir. Hazırda təxminən 13 milyon alır. PSJ isə məbləğin sabit hissəni 10 milyona endirib, aradakı fərqi əlavə bonuslarla kompensasiya etmək niyyətindədir - klub güzəştə getmir. Donnarummanı yüksək dəyərləndirirlər, lakin zorla saxlamaq fikrində də deyillər – hazırkı müqavilə bir ildən sonra bitir, uzadılmasa, onu indi satmaq lazımdır, əks halda pulsuz buraxmaq ağılsızlıq olar.

Cici PSJ-də qalmaq istəyir, amma bu mövsüm göstərdiyi oyunun maddi baxımdan qiymətləndirilməsini tələb edir.

Üstəlik, Donnarumma ilə müqavilənin uzadılması mövzusu birinci dəfə deyil gündəmə gəlir: məsələn, ötən yay da onu “Mançester Siti”yə göndərirdilər. "L’Equipe"ə görə, bu dəfə də vəziyyət təkrarlanır: bəzi məlumatları agent Enzo Rayola (mərhum Mino Rayolanın əmisi oğludur) yayır – məsələn, “Bavariya” və “Yuventus”un ona marağı barədə. Enzo hətta “Milan”a qayıdış ehtimalını da istisna etmir – orada onu necə sevdiklərini, yəqin ki, xatırlayırsınız.

PSJ isə Rayolanın təzyiqlərinə uymur. Artıq “Lill”dən qapıçı Luka Şevalyenin transferini razılaşdırıblar – bonuslarla birlikdə 40 milyon avrodan çox ödəyəcəklər. Jurnalist Saşa Tavolyeri yazır ki, onun keçidinin əsas şərtlərindən biri əsas heyətə düşməkdir. Luka üçün dünya çempionatı öncəsi daim oynamaq vacibdir. Yəqin ki, o hətta PSJ naminə ehtiyatda qalmağa razı olmayıb.

"L’Equipe" də israr edir: əgər Şevalye alınırsa, bu o deməkdir ki, Donnarumma ilə danışıqlar uğursuzluqla nəticələnib. PSJ yeni qapıçı almağı planlaşdırmırdı. Canluici ehtiyat oyunçular sırasında olmağa qətiyyən razı deyil və keçən mövsüm Luis Enrike rusiyalı Matvey Safonovu meydana buraxanda onunla az qala mübahisə etmişdi. İtaliyalı qolkiper hətta qapı xəttində rotasiyanı belə qəbul etmir – hər oyunda oynamaq onun üçün vacibdir.

Jurnalist Saşa Tavolyeri və "Foot Mercato"nun məlumatına görə, PSJ-nin qapıçısı ilə maraqlanan bir neçə klub var.

Ən çox adı hallanan “Çelsi”dir. Donnarumma İngiltərəyə köçməyə qarşı deyil, üstəlik London klubu uzun müddətə əsas qapıçı axtarır. Robert Sançes inamlı görünmür. Klublararası dünya çempionatı öncəsi “Milan”dan Mayk Menyanla danışıq aparırdılar. Amma 30 yaşlı qapıçı üçün qiymətdə razılaşa bilmədilər. O vaxtdan “Çelsi” qapıçı axtarışını sanki dayandırdı və qapı xəttini “təmizləməyə” başladı: Mayk Penders icarəyə verildi, Corce Petroviç isə satıldı.

İtaliyalı qapıçının adı “Mançester Siti” və “Mançester Yunayted”lə də hallandırılır, amma o klublarda vəziyyət əsas qapıçıların ayrılmasından asılıdır.

Gözlənilmədən Donnarummanın mümkün transfer ünvanlarından biri kimi “Qalatasaray”ın da adı çəkilir Türkiyə klubu PSJ ilə danışıqlardakı çətinliklərdən istifadə edib onu cəlb etməyə çalışır. Viktor Osimhenin məsələsini həll etdikdən sonra "sarı-qırmızılılar" artıq özlərinə güvənirlər. Donnarummanın aparıcı liqalardan kənara çıxmağa razılaşması çətin görünsə də, "Foot Mercato"ya görə, bu variant mövcuddur.

May ayında agent Enzo Rayola təsdiqləmişdi ki, onlar yeni variantları nəzərdən keçirməyə hazırdırlar: “Heç yerə tələsmirik. Klubla münasibətlərimiz yaxşıdır. Canluici Parisdə xoşbəxtdir, amma digər klubların maraq göstərməsi də müsbətdir. Hələlik heç kim konkret addım atmayıb. Yeni müqavilə imzalanmasa, seçimlərə baxacağıq. Hazırda heç nəyi istisna etmirik.”

O həmçinin müştərisinin əhəmiyyətli oyunçu olmasını da vurğulamışdı: “Donnarumma "Qızıl top"a layiqdir. PSJ onun seyvləri olmasaydı, heç vaxt Çempionlar Liqasını qazanmazdı.”

Bəlkə də, bunu artıq gələn mövsüm yoxlamaq mümkün olacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:306
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 İyul 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri