The Economist: Rus kişiləri yenidən qaçır...
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
...Rusiyada məcburi səfərbərliyin yeni dalğası ilə bağlı narahatlıqlar artır.
Və minlərlə kişi rəsmi çağırışı gözləmədən ölkəni tərk edir.
SİA xəbər verir ki, "The Economist" qəzetinin məlumatına görə, Putin, ehtimal ki, Ukraynaya qarşı müharibəni davam etdirmək üçün yeni qoşunlar cəlb etməyə hazırlaşır.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında qismən səfərbərlik elan edildikdən bəri təxminən 400.000 kişi Rusiyanı tərk edib. Hazırkı mühacirət dalğası əvvəıki illərdən fərqli olaraq bir balaca kiçikdir..?
Belə ki, rusların vizasız daxil ola biləcəyi Ermənistanda yazdan bəri kirayə haqqı 30-50 faiz artıb.
...Mən təkcə səfərbərliyə görə yox, Bütün bunlara dözməkdən, bu atmosferdə yaşamaqdan bezmişəm.
"The Economist" Sankt-Peterburqdan olan keçmiş turizm agentliyi işçisindən sitat gətirir.
Rusların məcburi çağırışdan yayınmasına və ölkəni tərk etməsinə kömək edən təşkilatlara görə, müraciətlərin sayı xeyli artıb.
Bir nəfər bildirib ki, bu payız yardım müraciətləri yazla müqayisədə 50 faiz artıb. Başqa bir təşkilat iyuldan bəri müraciətlərdə səkkiz dəfə artım qeydə alıb.
Bu arada, Kreml rəsmi olaraq yeni səfərbərliyə hazırlıq görmədiyini təkzib edir. Lakin, nəşr xatırladır ki, 2022-ci ildə Rusiya hakimiyyəti çağırışın elan edilməsindən cəmi bir həftə əvvəl belə planları təkzib etmişdi.
...Və indi bir çox kişi bu ssenarinin təkrarlanmasını gözləməməyi üstün tutur.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 14 Oktyabr 2026 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















