Icma.az
close
up
RU
The Front Page: İranın Türkiyə və Azərbaycan sərhədləri boyunca bufer zonaya ehtiyac var

The Front Page: İranın Türkiyə və Azərbaycan sərhədləri boyunca bufer zonaya ehtiyac var

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“The Front Page” portalında “İranın Türkiyə və Azərbaycan sərhədləri boyunca bufer zonaya ehtiyac var” başlığı ilə şərh yazısı paylaşılıb.

Gunaz.tv

İranda humanitar böhran olduqca ağırdır. Azad İran istəyən etirazçılar kütləvi şəkildə qətlə yetirilib, işgəncə verilib, təcavüzə məruz qalıb və həbs edilib. Bir neçə gün ərzində 36 mindən çox insanın qətlə yetirildiyi barədə məlumatlar var və bu say daha çox ola bilər. İran İnsan Haqları təşkilatı bildirib ki, İran etirazlarının yatırılması ilə əlaqədar olaraq uşaqlar da daxil olmaqla ən azı 40 min nəfər həbs edilib. Yaxınlarının cəsədlərini götürməyə gələn qohumlar cəsədlərdə ağır işgəncə izləri olduğunu bildiriblər.

İran daxilində yaşayış şəraiti də olduqca ağırdır. BBC bəzi yerlərdə internetə çıxışın bərpa olunduğunu bildirsə də, internetdən istifadənin hələ də ciddi nəzarət altında olduğunu və ölkənin əksər hissəsində internetin hələ də kəsik olduğunu bildirib. Bazardakı orta səviyyəli iranlı belə şəraitdə necə ticarət edə bilər? Bununla yanaşı, inflyasiya hələ də sürətlə artır, iqtisadiyyat rejimin pis idarəçiliyi, sanksiyalar və geniş yayılmış korrupsiya səbəbindən çökür və orta səviyyəli iranlılar toyuq və ət kimi əsas qida vasitlərini əldə etməkdə çətinlik çəkirlər.

Mövcud dəhşətli şəraiti nəzərə alsaq, ABŞ və ya İsrail bu zaman İrana hücum edərsə, milyonlarla iranlı İslam Respublikasını tərk etmək və ya Türkiyəyə, ya da Azərbaycana keçmək istəyəcək. Oradan onlar ya Avropaya, ya da Şimali Amerikaya köçməyə can atacaqlar. Bu ssenarini nəzərə alsaq, bufer zonasının yaradılması Amerikanın marağında ola bilər. Vaşinqtonun keçmişdə İraq Kürdüstanında yaradılmış humanitar bufer zonaya bənzər belə bir bufer zonanın yaradılmasına yatırım etməsi lazım gələ bilər.

Bu xüsusda, “Forbes” jurnalında dərc olunmuş son məqalədə iddia edilir ki, Vaşinqton İrandakı xaosu daha yaxşı idarə etmək üçün İranın şimal-qərb sərhədi boyunca mövcudluğunu gücləndirməlidir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi artıq Vaşinqtona bu işdə kömək edib. Lakin İran sərhədi boyunca humanitar bufer zonanın yaradılması belə bir səyi daha da irəli aparacaq.

Humanitar bufer zonası təkcə İran xalqı üçün deyil, həm də Amerika kəşfiyyatı üçün faydalı olacaq və Vaşinqtona diqqətini Tehrana yönəltmək şansı verəcək. İran sərhədi boyunca humanitar bufer zona, həmçinin İran müxalifət qruplarının təşkilatlanmasına və yenidən qruplaşmasına kömək edəcək ki, bu da onlara mollaları devirmək üçün mübarizə apararkən çox ehtiyac duyduqları təhlükəsiz məkan təqdim edəcək. Bu, Tehrana girib İslam Respublikasına tammiqyaslı hücum etmədən rejim dəyişikliyinin təşviqinə kömək edəcək.

Güney Azərbaycanlı dissident jurnalist Əhməd Obalı da belə bir bufer zonanın yaradılmasını dəstəkləyir və iddia edir ki, bu, İran xalqına humanitar yardım göstərmək üçün istifadə edilə bilər və bu Vaşinqton üçün də faydalı olacaq: “Humanitar bufer zona Azərbaycan sərhədindən Həmədanın dərinliyinə, Tehranın qərbindən Türkiyə sərhədinə qədər uzanmalıdır. Bu, Güney Azərbaycan bölgəsidir. Bu, mütləq uçuş qadağan olunmuş zona olmalıdır və İran rejiminin burada heç bir silahlı fəaliyyətinə imkan verilməməlidir.”

O əlavə edib: “Bu, milyonlarla qaçqın və məcburi köçkünü qəbul edə biləcək böyük bir ərazidir. Düşünürəm ki, ABŞ və Qərb İran daxilində hər şey həll olunana və bufer zonadakı qaçqınların geri qayıtmasına şərait yaranana qədər maliyyə, siyasi və hətta hərbi cəhətdən dəstək verməlidirlər. ABŞ-ın bufer zonanın tətbiqində lider olacağını və Azərbaycan ictimaiyyətinə bunun idarə olunmasında kömək edəcəyini gözləyirik. Bu şəkildə Azərbaycan Respublikası milyonlarla qaçqını qəbul etmək və idarə etmək üçün o qədər də təzyiq altında qalmayacaq.”

Eyni şey Türkiyə üçün də keçərlidir. Onlar da Azərbaycan kimi milyonlarla qaçqını qəbul etmək çətinliyi ilə üz-üzədirlər. Xülasə, Vaşinqtonun rəhbərlik etdiyi bufer zona hər kəs üçün qazanclı bir yoldur və ən qısa zamanda yaradılmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Fevral 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri