The Guardian: “Putinin işğal planları hətta Lavrova belə sirr idi...”
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
...Rusiyanın xarici işlər naziri Sergey Lavrov son ana qədər Rusiyanın tammiqyaslı işğalının təfərrüatlarından xəbərsiz idi.
SİA xəbər verir ki, u barədə The Guardian qəzeti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hesablamalarına istinadən məlumat yayıb.
Məqalədə qeyd olunur ki, bu məqalə üçün müsahibə verməkdən imtina edən Ukrayna prezident administrasiyasının o vaxtkı rəhbəri Andriy Yermak ruslarla müntəzəm olaraq əlaqə saxlayan azsaylı Ukrayna rəsmilərindən biri idi.
Xüsusilə də o, tez-tez Putinin administrasiya rəhbərinin müavini Dmitri Kozakla əlaqə saxlayırdı. Kozak, ehtimal ki, Yermakı ABŞ-ın tammiqyaslı işğal barədə xəbərdarlıqlarının absurd olduğuna əmin etmişdi və özü də buna inanırdı.
Putinin planlarını az adam bilirdi…
Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, Putinin planlarının təfərrüatlarını yalnız bir neçə qeyri-hərbi məmur bilirdi. Bu arada, məsələ ilə tanış olan iki mənbəyə görə, Kozak, Sergey Lavrov və Putinin uzun müddət mətbuat katibi olan Dmitri Peskovla birlikdə qaranlıqda qalıb.
Tammiqyaslı işğaldan bir həftə əvvəl belə, Rusiya elitasının əksəriyyətinin nəyin baş verəcəyindən xəbəri yox idi.
…Mənbələrdən biri qəzetə bildirib ki, "Kremldəki yüksək vəzifəli şəxs mənə zəng edib dedi: Putinin ətrafında çoxlu qoşun var, atmosfer gərgindir, nəsə baş verir, amma nə baş verdiyini bilmirik".
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 21 Fevral 2026 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















