The Telegraph: Putinin imperiya ambisiyaları Ukraynada sülhə mane olur
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibədə məqsədləri yalnız ərazi ələ keçirməklə məhdudlaşmır. Kreml həm də tarixi saxtalaşdırmaq və Ukraynanı öz təsir dairəsində saxlamaq niyyətindədir.
Moderator.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzetinin köşə yazarı Tomas Uilyams yazıb.
Müəllifin fikrincə, ABŞ Prezidenti Donald Tramp Putinin müharibəni dayandırmağa hazır olduğunu düşünsə də, Rusiya liderinin imperiya ambisiyaları buna imkan vermir.
Uilyams qeyd edir ki, Kreml ruslar, ukraynalılar və belarusların guya vahid tarixi mənşəyə malik olması barədə saxta tarixi iddialardan istifadə edir. Bu yanaşmada Kiyev vahid Şərqi Slavyan dünyasının mərkəzi kimi təqdim olunur, Ukraynanın müstəqil dövlətçiliyi isə faktiki olaraq inkar edilir.
Müəllif hesab edir ki, Qərb Rusiyanın bu ideoloji yanaşmasının təhlükəsini və postsovet məkanına emosional təsirini düzgün qiymətləndirməlidir. Onun qənaətinə görə, Putinin imperiya ambisiyaları dəyişmədikcə, Ukrayna müharibəsinin dayandırılması istiqamətində real razılaşma əldə etmək çətin olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 10 Noyabr 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















