Icma.az
close
up
RU
“The World Ahead 2026’ gələcəyi proqnozlaşdırmır, riskləri xəritələndirir” İQTİSADÇI

“The World Ahead 2026’ gələcəyi proqnozlaşdırmır, riskləri xəritələndirir” İQTİSADÇI

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Britaniyanın nüfuzlu jurnalı “The Economist” hər il olduğu kimi bu dəfə də “The World Ahead” adlı xüsusi buraxılışında dünyanı qarşıda gözləyən trendləri analiz edib.

Redaktor Tom Standagenin rəhbərliyi ilə hazırlanmış “Ten Trends to Watch in 2026” adlı məqalə, həm siyasi, həm iqtisadi, həm də texnoloji baxımdan 2026-cı ilin konturlarını cızır.

Gununsesi.info-ya danışan iqtisadçı Eldəniz Əmirov mövzunu belə şərh edib:

““The Economist” artıq 40 ildir ki, hər ilin sonunda “The World Ahead” xüsusi buraxılışını təqdim edir və bu buraxılışın üz qabığı adəttən dünyanı həm düşündürən, həm də heyrətləndirən subliminal mesajlarla dolu olur. Bu il də istisna olmadı. “The World Ahead 2026” üz qabığı təqdim olundu və bu şəkil növbəti ilin geosiyasi, iqtisadi və texnoloji atmosferinə dair metofarik vizual proqnozlarla doludur.

2026-cı ili xarakterizə edən şəkildəki xaotik mənzərə gələn ilin nə qədər mürəkkəb olacağını göstərir. Raketlərin, rəqəmsal çiplərin, etiraz yumruqlarının, ticarət gəmilərinin bir dairəyə yığılması siyasət, təhlükəsizlik və texnologiya arasında davam edən gərgin tarazlığı xatırladır. Sanki dünya müxtəlif böhranların təzyiqi altında yeni bir nizam axtarır.

Şəkildəki “250” rəqəmi ABŞ-ın 250 illiyi fonunda daxili siyasi parçalanmanın dərinləşəcəyi və güc balansının dəyişəcəyi kimi anlaşılır. ABŞ və Çin arasında getdikcə sərtləşən geosiyasi mühit, Yaxın Şərq və Ukraynada davam edən müharibələr, Asiyada artan gərginlik ümumi fonu daha da ağırlaşdırır”.

O, qeyd edib ki, bu jurnal adətən qırmızı rənglə siyasi qarşıdurmaları, mavi rənglə isə Qərb blokunu və texnoloji yarışı ifadə edir:

“Dairənin içində sıx şəkildə toplanmış simvollar dünyada nizamın yenidən formalaşdığına işarədir. Robotların və çiplərin önə çıxması rəqəmsa iqtisadiyyatın sürətini göstərir. Dərman tabletləri sağlamlıq texnologiyalarının genişlənməsinə, gəmilər ticarət yollarında gözlənilən dəyişikliklərə diqqət çəkir. Buz parçaları iqlim böhranının ağırlığını xatırladır.

Jurnal həmçinin subliminal vurğulayır ki, Donald Trampın qlobal ticarət qaydalarına gətirdiyi yeni yanaşma dünya iqtisadiyyatında təsirini qoruyacaq. ABŞ-da tarif siyasətinin genişlənməsi qlobal artım tempini zəiflədəcək. Avropa həm müdafiə məsuliyyətini, həm də maliyyə sabitliyini qorumaq üçün daha böyük yük daşımalı olacaq. Çin yaranan boşluqlardan yararlanmağa çalışacaq. Süni intellekt isə həm yeni imkanlar yaradacaq, həm də iqtisadiyyatda qeyri-sabitlik riskini artıracaq.

Amma bir məqamı xüsusilə qeyd etməliyəm. “The Economist” üz qabıqları hər il böyük maraq doğursa da, oradakı subliminal mesajlar həmişə doğrulmur. Bəzi illərdə simvolik xəbərdarlıqlar reallığa çevrilir, bəzən isə tamam başqa istiqamətə gedir.

Məsələn, 2011-ci il üz qabığında avrozonanın tam dağılacağına işarə vardı, bu isə baş vermədi. 2014-cü ildə qlobal valyuta sisteminin kəskin çökəcəyi təsvir olunmuşdu, amma bu da yaşanmadı. 2022-ci ildə göstərilən texnoloji “robot üsyanı” ssenarisi də reallaşmadı. Eləcə də bir neçə ildə təsvir olunan enerji kollapsı və ya qlobal ərzaq böhranı miqyas olaraq proqnozlaşdırıldığı kimi baş tutmadı”.

Eldəniz Əmirovun fikrincə, bu buraxılışların mahiyyəti gələcəyi dəqiq proqnozlaşdırmaq deyil, daha çox riskləri və tendensiyaları simvolik şəkildə xəritələndirməkdir:

“Bəzən düz çıxır, bəzən yox. Amma bir həqiqət dəyişmir. Bu üz qabıqları qlobal proseslərin hansı istiqamətə doğru hərəkət etdiyini anlamaq üçün çox güclü vizual analitika rolunu oynayır. Elə buna görə də böyük oyunçuların yeni plan qurmasına və davranışlarına belə cansız bir şəkilin bəzən təsiri olur”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Noyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri