Icma.az
close
up
RU
“2026 cı ildə sosial paketlər açıqlanmayacaq” İQTİSADÇI

“2026 cı ildə sosial paketlər açıqlanmayacaq” İQTİSADÇI

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan iqtisadiyyatının böyümə tempi ilə əlaqədar “Fitch Ratings” agentliyinin açıqladığı dinamika trendi ilə Azərbaycan hökumətinin dinamika trendində oxşarlıq var. Belə ki, hər ikisi 2026-cı illə müqayisədə 2027-ci ildə daha az iqtisadi artım olacağını proqnozlaşdırır”. 

Bu barədə Hurriyyet.az-a Azərbaycan iqtisadiyyatı ilə bağlı “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyinin proqnozunu şərh edən iqtisadçı Rəşad Həsənov söyləyib.

“Bu proqnozlaşdırmanın əsasında məhz resurs iqtisadiyyatının kiçilməsi və qeyri-neft iqtisadiyyatının böyümə tempi ilə bağlı optimist proqnozların olmaması dayanır. Eyni zamanda təbii ki, hökumətin konservativ fiskal siyasəti də buna öz təsirini göstərəcək. Çünki baxmayaraq ki, qiymətlər əhəmiyyətli səviyyədə artır, amma hökumət büdcənin xərclərinin artırılması ilə bağlı ciddi addımlar proqnozlaşdırmır”,-deyə iqtisadçı əlavə edib. 

R.Həsənov bildirib ki, 2026-cı ildə sosial paketlər açıqlanmayacaq: “Minimum əməkhaqqının, minimum pensiyanın artırılması nəzərdə tutulmur. Əgər 2026-cı ildə infliyasiya nəzərə alınmış olsaydı, büdcədə 2 milyarddan artıq xərclər artırılmalıydı ki, əvəzində cəmi təxminən 2-3 milyon artım nəzərdə tutulub. Bu da 2026-cı ildə və 2027-ci ili də daxil etmək olar ki, büdcənin iqtisadi artım tempinə dəstəyini real ifadədə aşağı salacaq”. 

“Fundamental islahatlar da nəzərdə tutulmadığı üçün liberal iqtisadiyyata keçid və investisiyanın cəlbi mühitinin yaxışılaşdırılması, birbaşa xarici investisiyaların axınının sürətləndirilməsi, eyni zamanda məzənnə siyasətində dəyişikliklər nəzərə tutulmadığı üçün indiki şərtlər daxilində proqnozlar rasional görünməkdədir”,-deyə iqtisadçı vurğulayıb.

CAVİD

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Dekabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri