Icma.az
close
up
RU
Tibb dünyası şokda 19 yaşında bu xəstəliyə tutuldu

Tibb dünyası şokda 19 yaşında bu xəstəliyə tutuldu

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Çində bir klinikada çalışan nevroloqlar 2023-cü ildə 19 yaşlı bir oğlana Alzheymer diaqnozu qoyublar. 

“Cebheinfo.az” xəbər verir ki, bu diaqnoz elm aləmində xəstəliyin ən gənc  diaqnozu kimi rezonans doğurub. 

Gənc xəstədə ilk əlamətlər 17 yaşında özünü göstərib. Dərslərinə diqqətini toplamaqda çətinlik çəkən gənc qısa müddət ərzində oxuma problemi, yaddaş itkisi və tez-tez əşyalarını itirmə kimi simptomlarla qarşılaşıb. Zaman keçdikcə vəziyyəti daha da pisləşib və artıq bir gün əvvəl baş verənləri belə xatırlamaqda çətinlik çəkib. 

Aparılan beyin müayinələri nəticəsində yaddaşla əlaqəli əsas strukturlardan biri olan hipokampus bölgəsində kiçilmə müşahidə edilib. “The Paper” xəbər portalının məlumatına görə, beyin-onurilik mayesinin analizində də Alzheymer xəstəliyinə xas biomarkerlər aşkarlanıb. Bu tapıntılar onun gənc yaşına baxmayaraq diaqnozu təsdiqləyib.

Adətən yaşlılarda rast gəlinən Alzheymer xəstəliyi 65 yaşdan aşağı insanlarda “erkən başlanğıclı Alzheymer” kimi tanınır. Bu qrup ümumi Alzheymer xəstələrinin təxminən 10 faizini təşkil edir. Xüsusilə 30 yaşdan aşağı pasiyentlərdə xəstəliyin genetik mutasiyalarla əlaqəli olduğu bilinir.  Bu gəncdə aparılan geniş genetik testlər nəticəsində heç bir məlum mutasiyaya rast gəlinməyib. Həmçinin onun ailəsində Alzheymer və ya demensiya keçmişi də olmayıb.

Gəncin yaddaş testlərindən əldə edilən nəticələr də diqqət çəkib. Onun qısamüddətli yaddaş göstəricisi yaşıdları ilə müqayisədə 87%, ümumi yaddaş səviyyəsi isə 82% daha aşağı olub.

Tədqiqat qrupunun üzvü, nevroloq professor Jianping Jia məsələ ilə bağlı deyib:

“Bu hadisə Alzheymer xəstəliyinin başlanğıc yaşı ilə bağlı düşüncələrimizi dəyişdirdi. Artıq bu xəstəlik yalnız yaşlılara deyil, gəncləra də təsir edə bilər”. 

Araşdırmanın nəticələri 2023-cü ilin fevral ayında “Journal of Alzheimer’s Disease” adlı elmi nəşrdə dərc olunub. Mütəxəssislər bildiriblər ki, gənc yaşda rast gəlinən Alzheymer hallarının araşdırılması xəstəliyin yaranma mexanizmlərini daha dərindən anlamaq baxımından son dərəcə vacibdir.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri