Icma.az
close
up
RU
Tibb işçilərinə əl qaldıran cəzalanacaq?

Tibb işçilərinə əl qaldıran cəzalanacaq?

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Adil Qeybulla: “Cəzaları sərtləşdirməklə yox, Qərb modelinə keçidlə problemi həll etməliyik”


Tibb işçilərinə qarşı zorakılıq halları ilə bağlı Cinayət Məcəlləsinə yeni dəyişikliklərin ediləcəyi açıqlanıb. Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova dəyişikliklərə əsasən, tibb işçilərinin hüquqlarının qorunması məqsədilə cəzalar tətbiq olunacağını bildirib. Əgər tibb işçisinə qarşı zorakılıq hədəsi səsləndirilibsə və bu fakt sənədləşdirilibsə, həmin şəxsə iki ilə qədər azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunacaq. 

Əgər tibb işçisinə fiziki zorakılıq tətbiq olunarsa, hücum edən şəxs iki ildən yeddi ilə qədər azadlıqdan məhrum ediləcək. Zorakılıq fövqəladə vəziyyət şəraitində baş verərsə, cəza müddəti on ilə qədər artırılacaq. Əgər təhdid bir neçə tibb işçisinə qarşı yönəlibsə, bu zaman hücum edən şəxsə on beş ilə qədər həbs cəzası veriləcək: “Bu, tibb işçilərimizin təhlükəsizliyini təmin etmək üçün kifayət qədər adekvat tədbirlərdir. Sentyabr ayında müvafiq düzəlişlər parlamentə təqdim ediləcək” deyə nazir vurğulayıb. 

Qeyd edək ki, ölkəmizdə də son illərdə pasiyentlərlə tibb işçiləri, xüsusilə də həkimlər arasında gərginlik və xoşagəlməz insidentlər bir neçə dəfə qeydə alınıb. Bəzi hallarda bu mübahisələr sözlü təhdid və təhqir səviyyəsində qalsa da, bəzən fiziki zorakılıqla nəticələnib. Bu kimi hadisələr həm tibbi xidmətin keyfiyyətinə, həm də həkim-pasiyent etimad münasibətlərinə ciddi zərər vurur.


"Azərbaycanda da tibb işçilərinə qarşı zorakılığa görə cəzaları sərtləşdirən oxşar qanun dəyişikliyinə ehtiyac varmı" sualı ilə bağlı “Şərq”ə danışan professor Adil Qeybulla Azərbaycanda belə bir qanunun qəbuluna ehtiyac  olmadığını düşünür.


Onun fikrincə, əsas problem cəzaların sərtləşdirilməsində deyil, tibbi fəaliyyətin dəqiq qaydalarla tənzimlənməsindədir: “Dünya praktikasında qəbul olunmuş “Həkim etikası kodeksi” var və həm həkimlərin, həm də pasiyentlərin hüquqları orada əksini tapır. Əsas odur ki, tibbi prosedurlar, əməliyyatlar, müalicələr dəqiq protokollaşdırılsın. Narazılıqlar bu rəsmi sənədlər əsasında tibbi komissiya tərəfindən araşdırılmalıdır. Əgər protokol yoxdursa, kiminsə günahını sübut etmək çətin, bəzən isə mümkünsüz olur.

 "Həkim etikası kodeksi" qəbul olunarsa, yetərlidir.  Hüquq sistemi mükəmməl olduqda pasiyentin də hüquqları ədalətlə müdafiə olunur, həkimin də. Biz də tibdə, nəhayət ki, Qərb modelinə keçid etməliyik. Həkim yanlış müalicə üsulu seçibsə, yanlış əməliyyat həyata keçirilibsə, pasiyentə təzminat ödənməli, həkim isə cəzalanmalıdır. Məsələnin kökü tibbi protokolların düzgün tərtibatındadır. Əgər protokol düzgün tərtib edilmirsə, yanlışın kimə məxsus olduğunu müəyyənləşdirmək də mümkün olmur. Həkim pasiyenti, pasiyent həkimi günahlandırır. Zərər çəkənsə ümumilikdə səhiyyə olur. Hesab edirəm ki, biz həkimlərin ixtisaslaşmasına, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, pasiyentlərin icbari tibbi sığortadan maksimum istifadəsi üçün şəraitin getdikcə genişlənməsinə diqqət ayırmalıyıq". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Avqust 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri