Tibbdə ilk: Anasız körpə doğuldu
Icma.az, Milli.az saytına istinadən bildirir.
Tibb sahəsində yeni bir inqilab baş verib.
Milli.Az xəbər verir ki, Peruda dünyaya gələn uşaq unikal texnologiyanın nəticəsi olaraq tibb aləmində böyük bir irəliləyiş hesab olunur. ABŞ-ın "Gameto" biotexnologiya şirkəti tərəfindən yaradılan "Fertilo" texnologiyası qadın orqanizmi olmadan yumurta hüceyrələrinin yetişdirilməsini mümkün edir. Bu metod ənənəvi süni mayalanmadan fərqli olaraq yumurta hüceyrələrinin qadın bədənindən kənarda laboratoriya şəraitində xüsusi dəstəkləyici hüceyrələr vasitəsilə yetişdirilməsini təmin edir. Bu yanaşma, həmçinin, yan təsirləri və qadın orqanizminə əlavə yük gətirmə riskini azaldır.
Yeni texnologiya hormonal infeksiyaların miqdarını 80% qədər azaltmağa imkan verir. "Gameto" şirkəti artıq Peruda, Avstraliyada, Yaponiyada, Meksikada, Argentinada və Paraqvayda bu texnologiyanı tətbiq etmək üçün icazə alıb. ABŞ-da isə klinik sınaqların son mərhələsi keçir. Bu yenilik süni mayalanma sahəsindəki ən böyük irəliləyişlərdən biri hesab olunur və gələcəkdə daha geniş coğrafiyalarda tətbiqinin artacağı gözlənilir.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 24 Dekabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















