Tibbdə ilk: Söş qəfəsi açılmadan, tək bir kəsik olmadan ürək əməliyyatı
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tibb dünyası mümkünsüz sayılan bir halda həyata keçirilmiş inqilabi bir əməliyyatı müzakirə edir. Həyati təhlükəsi olan bir xəstəyə bədənində tək bir cərrahi kəsik belə aparılmadan koronar arter bapass proseduru icra olunub. Normal şəraitdə döş qəfəsinin tam açılmasını tələb edən bu ağır əməliyyat həkimlərin inkişaf etdirdiyi qeyri-adi texnika sayəsində qapalı üsulla tamamlanıb. Bu nailiyyət tibbi tarixdə bir insana açıq cərrahi müdaxiləyə ehtiyac olmadan bypass tətbiq edilən ilk hadisə kimi qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, əməliyyatın mərkəzində daha əvvəl aorta qapağı süni qapaqla dəyişdirilmiş 67 yaşlı bir kişi dayanır. Zamanla bu qapaqda toplanan kalsium koronar arteriyanı tamamilə tıxayacaq səviyyəyə çatıb. Lakin xəstənin keçmişində mövcud olan ürək çatışmazlığı, böyrək çatışmazlığı və insult kimi xroniki problemlər onu açıq ürək əməliyyatı üçün tamamilə yararsız namizədə çevirib. Həkimlər nə mövcud implantı yerindən tərpədə bilir, nə də xəstəni ənənəvi üsullarla əməliyyat edə bilirdilər. Həkim Adam Qrinbaum (Britaniya) vəziyyəti belə ifadə edib: "Açıq ürək əməliyyatı variantlar arasında belə yox idi".
Damarların içində yeni marşrut
Çıxış yolu axtarılarkən cərrahi komanda koronar arteriyanın girişini təhlükəli zonadan tamamilə uzaqlaşdırmaq ideyasına fokuslanıb. Daha əvvəl yalnız heyvanlar üzərində sınaqdan keçirilmiş və "VECTOR” adlandırılan bu texnika ilk dəfə məhz bu xəstədə tətbiq olunub. Cərrahlar xəstənin döş qəfəsini kəsmək əvəzinə ayağındakı qan damarlarından daxil olaraq kateterlər vasitəsilə ürəyə çatıb. Bir sıra tellərdən istifadə etməklə aorta ilə koronar arter arasında kiçik açıqlıqlar yaradan komanda bu iki nöqtəni xüsusi bir körpü ilə birləşdirib.
Bu müdaxilə nəticəsində qan axını üçün tıxanıqlığı yan keçən yeni bir yol formalaşdırılıb. Əməliyyatdan altı ay keçməsinə baxmayaraq, xəstənin sağlamlıq vəziyyətinin son dərəcə yaxşı olması və hər hansı yeni tıxanıqlıq əlamətinin müşahidə edilməməsi metodun uğurunu təsdiqləyir. Həkim Kristofer Brüs bu nailiyyəti standart çərçivələrdən kənar düşünülərək tapılmış praktik bir həll kimi dəyərləndirir. Mütəxəssislər "VECTOR” üsulunun gələcəkdə açıq ürək əməliyyatı riski daşıya bilməyən digər xüsusi pasiyentlər üçün etibarlı bir standart olub-olmayacağını araşdırmağa davam edirlər.
Aydın
Baxış sayı:61
Bu xəbər 17 Yanvar 2026 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















