Icma.az
close
up
RU
Ürək özünü bərpa edə bilirmiş Tibbdə inqilab

Ürək özünü bərpa edə bilirmiş Tibbdə inqilab

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Elm dünyasında ürək xəstəliklərinin müalicəsində böyük dönüş yarada biləcək mühüm kəşf edilib.

Milli.Az xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərindəki Mount Sinai Icahn Tibb Məktəbinin alimləri insan ürəyinin müəyyən şərtlər altında özünü bərpa edə biləcəyini sübut ediblər.

Araşdırmaya görə doğuşdan qısa müddət sonra fəaliyyəti dayanmış bir geni yenidən aktivləşdirməklə ürəyin yeni, sağlam hüceyrələr istehsal etməsi mümkündür.

Mütəxəssislər bu genin Cyclin A2 (CCNA2) adlandırıldığını bildirirlər. Bu gen döl inkişafı dövründə ürək əzələsinin böyüməsində və hüceyrə bərpasında mühüm rol oynayır, lakin insan doğulduqdan az sonra fəaliyyətdən qalır.

Tədqiqat çərçivəsində alimlər 21, 41 və 55 yaşlı donorların ürək toxumasına zərərsiz virus vasitəsilə aktiv CCNA2 genini yeridiblər. Regenerative Medicine jurnalında dərc olunan nəticələrə görə, xüsusilə 41 və 55 yaşlı donorların hüceyrələrində yenidən bölünmə müşahidə olunub və bu hüceyrələr tam sağlam ürək hüceyrələri kimi davranıblar.

Alimlər qeyd ediblər ki, genin aktivləşməsi hüceyrələri qısamüddətli "gəncləşmə" vəziyyətinə salır və bəzi böyümə genlərini yenidən işə salaraq ürəyin özünü bərpa etməsinə şərait yaradır.

Maraqlıdır ki, eyni tədqiqat qrupu 2014-cü ildə bu texnikanı donuz ürəklərində sınaqdan keçirmiş və uğurlu nəticələr əldə etmişdi. İndi isə bu metodun insan hüceyrələrində də eyni effekti verdiyi sübut olunub.

Tədqiqatın növbəti mərhələsi bu üsulun insanlar üzərində klinik sınaqlara tətbiqi üçün ABŞ Qida və Dərman Administrasiyasından (FDA) rəsmi icazə almaq olacaq.

Bu kəşf gələcəkdə ürək çatışmazlığı və infarkt nəticəsində zədələnmiş ürək toxumalarının təbii yolla bərpasını mümkün edə bilər.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Noyabr 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see359

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see316

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see310

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see300

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see250

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see246

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see244

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see242

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see235

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see197

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see188

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see186

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see184

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see181

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see179

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see177

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see174

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see170

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri