Tibbdə tarixi ilk beyin şişi bu üsulla çıxarıldı
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tibb dünyasında süni intellektin tətbiqi ilə bağlı mühüm yeniliyə imza atılıb.
Bizim.Media xəbər verir ki, beyin şişinin çıxarılması əməliyyatında süni intellekt sistemindən real vaxt rejimində istifadə edilib.
BBC-nin məlumatına görə, əməliyyat zamanı neyron şəbəkə endoskopdan gələn videogörüntüləri anbaan təhlil edib.
Sistem cərrahlara adi görüntüdə müəyyən edilməsi çətin olan damar və sinirlərin haradan keçdiyini göstərərək şişin daha təhlükəsiz şəkildə çıxarılmasına kömək edib.
Əməliyyat olunan 48 yaşlı pasiyent şiş səbəbindən görmə qabiliyyətini itirmək təhlükəsi ilə üzləşmişdi. Həkimlər üçün əsas risk şişi çıxararkən görmə ilə əlaqəli həssas strukturlara və damarlara zərər vurmaq idi.
Süni intellektin əməliyyat zamanı verdiyi real vaxt məlumatları cərrahların kritik nahiyələri daha dəqiq müəyyənləşdirməsinə imkan yaradıb. Şiş uğurla çıxarıldıqdan sonra pasiyentin görmə qabiliyyətinin bərpa olunmağa başladığı bildirilir. (Musavat.com)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 28 Avqust 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















