Tibbə dair regional konqreslərdə 80 ə yaxın beynəlxalq ekspert iştirak edib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 12 may, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Asiya Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə Bakı və Xankəndi şəhərlərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin II Milli Konqresi, XIII Avrasiya Tibb Konqresi, Asiya Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyətinin (ELSA) II Bakı Konfransı, Beynəlxalq Bariatrik Klubun (IBC) Bakı Sammiti, həmçinin Cərrahiyyə üzrə Tibb Bacılarının III Konqresi və XIV Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçirilib.
Bu barədə AZƏRTAC-a TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlərdə TƏBİB-in icraçı direktorunun müşaviri Bahadur Rzayev, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov, “Fuat Sezgin İslam Elm Tarixi Araşdırmaları Vəqfi”nin İdarə Heyətinin üzvü Necmeddin Bilal Erdoğan, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Qarabağ Universitetinin Klinikasının baş direktoru Samir Babayev, həmçinin Türkiyə, Almaniya, Özbəkistan, Yaponiya, Malayziya, İndoneziya, Sinqapur, Koreya, Hindistan, Pakistan kimi 15-dən çox ölkədən dəvət olunan 80-ə yaxın beynəlxalq ekspert və 70 nəfər yerli mütəxəssis iştirak edib.
Açılış tədbirində Bakı şəhərində fəaliyyət göstərən 10-dan çox tibb müəssisəsində icra olunan 15-dən artıq cərrahi əməliyyat konqres zalına canlı translyasiya edilib. Bununla yanaşı, 200-ə yaxın iştirakçının qatıldığı və minimal invaziv, laparoskopik, robotik və digər müasir cərrahi yanaşmalar kimi 15 müxtəlif ixtisas üzrə praktiki treninqlər və ustad dərsləri təşkil olunub.
Konqreslər çərçivəsində 20-dən çox plenar iclas təşkil edilib, minimal invaziv cərrahiyyə, laparoskopiya, robotik texnologiyalar, ginekologiya, plastik və rekonstruktiv cərrahiyyə, invaziv radiologiya, otorinolarinqologiya, tibb tarixi və səhiyyənin digər mühüm sahələrini əhatə edən mövzular müzakirə edilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbirlərin elmi panellərində İngiltərənin Oksford Universitetinin təsisçisi olduğu Beynəlxalq Bariatrik Klubun Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti ilə birgə Sammiti də keçirilib. Sammit çərçivəsində Özbəkistandan dəvət olunmuş beynəlxalq ekspertlərin iştirakı ilə Özbəkistan-Azərbaycan sessiyasında iki ölkə arasında tibb sahəsinin inkişafı, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qarabağ Universitetində təşkil olunan bağlanış mərasimində ölkəmizdə səhiyyə sahəsinin inkişafı, tibb təhsilinin beynəlxalq əməkdaşlığı, iştirakçı ölkələrin tibb təhsilinin Azərbaycanın təhsil sisteminə inteqrasiyası və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 12 May 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















