Icma.az
close
up
RU
200 ə yaxın həkim Şamaxıda keçirilən regional tibbi konfransda iştirak edir

200 ə yaxın həkim Şamaxıda keçirilən regional tibbi konfransda iştirak edir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şamaxı, 11 aprel, AZƏRTAC

Şamaxıda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə 12-ci Regional Konfrans öz işinə başlayıb. Tədbir TƏBİB, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzabəyli, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mehriban Eyyubova, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti, professor Qurbanxan Müslümov, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova, eləcə də müxtəlif regionlardan, xüsusilə Dağlıq Şirvan iqtisadi rayonunu təmsil edən həkim-mütəxəssislər iştirak ediblər.

Konfrans çərçivəsində canlı cərrahiyyə nümayiş olunub. Əməliyyat professor Qurbanxan Müslümov və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi işlər üzrə müavini Vüsal Sədrayev tərəfindən icra edilib. Canlı cərrahiyyə zamanı iki pasiyent üzərində daşlı xolesistit diaqnozu ilə laparoskopik xolesistektomiya əməliyyatı uğurla həyata keçirilib.

Tədbirin elmi proqramına uyğun olaraq cərrahiyyədə qanaxmaların idarə olunması, endoskopik və minimal invaziv yanaşmalar, postoperasion ağırlaşmaların idarəsi, invaziv radiologiyanın rolu və digər aktual mövzular üzrə plenar iclaslar və panel müzakirələr təşkil edilib.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, bu gün Şamaxıda keçirilən konfrans region üçün xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Dağlıq Şirvan bölgəsində fəaliyyət göstərən həkimlər üçün bu cür tədbirlər yeni biliklərin, müasir yanaşmaların və tibbi protokolların öyrənilməsi baxımından olduqca vacibdir.

Direktor qeyd edib ki, professor və müəllim heyəti tərəfindən təqdim olunan yeniliklər iştirakçı həkimlərin peşəkar inkişafına mühüm töhfə verir. O, bu kimi konfransların regionlarda keçirilməsini ölkədə həyata keçirilən səhiyyə siyasətinin uğurlu nəticəsi kimi qiymətləndirib. Bildirib ki, bu tədbirlər regionlarda səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına, müasir tibbi xidmətin davamlı şəkildə təşkilinə və əhalinin daha əlçatan tibbi xidmətlə təmin olunmasına mühüm töhfə verir.

Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti, professor Qurbanxan Müslümov isə konfransın əsas məqsədinin minimal invaziv cərrahiyyədə aktual problemlərdən biri hesab olunan qanaxmalara multidisiplinar yanaşmanın müzakirəsi olduğunu bildirib.

Onun sözlərinə görə, bu mühüm məsələnin müzakirəsi üçün Bakıdan ölkənin aparıcı klinikalarını təmsil edən 20-yə yaxın mütəxəssis Şamaxıya gəlib. Eyni zamanda, Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən 200-ə yaxın həkim konfransda iştirak etmək üçün qeydiyyatdan keçib.

Professor vurğulayıb ki, konfrans çərçivəsində aktual məsələlər, dünyada tətbiq olunan müasir standartlar və bu sahədə mövcud yeniliklər müzakirə olunacaq. Məqsəd dünya təcrübəsindən yararlanaraq ölkədə minimal invaziv cərrahiyyənin inkişafına töhfə vermək və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini daha da yüksəltməkdir. O, həmçinin tədbirin sonunda panel diskussiyaların keçiriləcəyini və region həkimlərinin də bu müzakirələrdə fəal iştirak edəcəyini diqqətə çatdırıb.

Konfransın ikinci günündə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında praktiki təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimlər çərçivəsində lazer proktologiya, cərrahi tikiş, histeroskopiya, anestezioloq-reanimatoloqlar üçün CPR, traxeostomiya, endoskopiya, eləcə də tibb bacıları üçün praktiki bacarıqlar üzrə sessiyalar təşkil olunacaq. Bu təlimlərin iştirakçıların praktiki bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verəcəyi bildirilib.

İki gün davam edəcək konfrans regionlarda minimal invaziv cərrahiyyənin inkişafı, müasir tibbi texnologiyaların tətbiqi, həkimlər arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir.

Müxbir- Rəşad Türkoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Aprel 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri