Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tibbi arayış almaq niyə bu qədər çətindir? Poliklinikadan REPORTAJ

Tibbi arayış almaq niyə bu qədər çətindir? Poliklinikadan REPORTAJ

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Yeni iş yeni üzlər, fikirlər, duyğular deməkdir. Bir az yeni kollektivə öyrəşmək, qəbul edilmək, iş prinsiplərini mənimsəmək və yeni masana alışmaqla bağlı kiçik qayğıların olur, vəssalam. Ən azından, mən belə düşünürdüm... Amma sən demə, son illərdə bir çox yeni işə başlayanlar kimi, məni də "sürpriz" gözləyirmiş.

Oxu.Az-ın əməkdaşı iş yeri üçün sağlamlıq arayışı alınan zaman yaşanan çətinliklərdən yazıb.

Əmək müqaviləsi bağlamaq üçün kadrlar şöbəsindən çağırırlar. Xanım toplamalı olduğum sənədlərin siyahısını təqdim edir. Siyahıya gözucu nəzər salıram və xanıma: "Aha, ən qısa zamanda toplayıb gətirərəm", - deyirəm. Tələsik işimin başına qayıdıram və üç gün keçir. Bir də "sənədlər bu gün təqdim edilməlidir" mesajına oyanıram.

Yəqin, həmin sənədlərin siyahısından çoxunuz xəbərdarsınız, olmayanlar üçün isə qeyd edim: şəxsiyyət vəsiqəsinin, diplomun, hərbi biletin surəti, əmək kitabçası, məhkumluq haqqında arayış, sağlamlıq haqqında arayış, fotoşəkil, "SİMA imzası" mobil tətbiqi. Bəzi şirkətlərdə fərqli sənədlər də ola bilər. Mesajı alanda yadıma düşür ki, xanım formanı təqdim edəndə dilucu sağlamlıq haqqında arayışın bir qədər vaxt apardığını vurğulamışdı. Uzun müddətdir, bu arayışa ehtiyacım olmadığı və daim xəstəxanalarda xidmət keyfiyyətinin artırılması, sözügedən arayış üçün kifayət qədər məbləğdə rüsum müəyyən edildiyi üçün hər şeyin əvvəlkindən daha rahat, eyni zamanda da şəffaf olduğunu fikirləşmişəm. Sən demə, necə də yanılırmışam!

Kiçik bir haşiyəyə çıxım. Heç kəs üçün sirr deyil ki, əvvəllər sağlamlıq haqqında arayış almağa vaxt itirməmək və yorulmamaq üçün əlinin cibində olmağı bəs edirdi. 20-30 manatla bu işi həll etmək mümkün idi. İndi isə vəziyyət dəyişib. İşdən çıxanda əmək fəaliyyətinə davam etmək fikrin varsa, sonuncu maaşdan 40-50 manat ayırıb kənara qoymalısan (Kartda da saxlaya bilərsən. Ödəniş nağd şəkildə qəbul edilmir). Çünki yeni işə təqdim etməkdən ötrü sağlamlıq haqqında arayış üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən müəyyənləşdirilmiş rüsum var - 40 manat. 10-15 manatı da yolpulu üçün ayırsan, ağıllı adamsan. Ona görə ki, qeydiyyatda olduğun ərazi üzrə poliklinikaya bir dəfə müraciət etməklə bu sənədi ala bilməyin möcüzə kimi şeydir. Elə bir çoxları kimi məndə də belə oldu.

İş gününün sonunda redaksiyadan yarım günlük icazə istəyərkən "bir günə həll edə bilsən, sevin" dedilər. Saf vətəndaş olaraq buna çox təəccübləndim. Əlavə etdilər ki, qaydalar dəyişəndən proses çətinləşib. Detalları dərindən soruşmayıb, növbəti gün səhər saat 9 olmamış 2 nömrəli Birləşmiş Xəstəxanasının önündə oldum.

Öncə qeydiyyat şöbəsinə yaxınlaşıb, sənədləri təqdim edirəm. Bundan sonra qeydiyyat otağına yönləndirilirəm. 6 nömrəli otağın (bəlkə də, A.P.Çexovun povestinin adı ilə səsləşdiyi üçün otağın nömrəsi yadımda qalıb) qapısı açıqdır. İçəri daxil olmaq üçün taybatay açılmış qapıya yaxınlaşıram, amma qapının ağzına təkərli bir masa yerləşdirilib. Dörd divarı sənədlər yığılmış qovluqlarla dolu otaqda əyləşmiş xanım məni görüb sərt tərzdə nə lazım olduğunu soruşur. Poliklinikada qeydiyyata düşmək üçün gəldiyimi deyir, qapıdakı maneəyə işarə edərək, keçmək üçün icazə istəyirəm. "Gəl" cavabına sevinib, masanı kənara itələyərək içəri keçirəm. Şəxsiyyət vəsiqəmi təqdim edirəm, bu zaman: "Gedin, bunun surətini çıxarın", - deyir. "Harada həll edə bilərəm?" sualıma: "Bilmirəm", - deyə cavab verir. Quru və etinasızcasına verilmiş bu cavab bütün əhvalımı təlx edir. Naəlac qeydiyyatdakı xanımlara yaxınlaşıb kömək istəyirəm. Məlum olur ki, xəstəxanada heç baş həkimin otağında da çap aparatı yoxdur.

Uğursuz bir başlanğıcdır. İlk addımda bu cür problemlə qarşılaşıramsa, davamında işimin daha da çətin olacağını təxmin etməyə başlayıram. Yarım saat səhərin soyuğunda ora-bura var-gəl edib soruşa-soruşa açıq bir yer tapıb, sənədin sürətini çıxardıram. Yolda mənim kimi iş üçün tibbi arayış almağa çalışan xanıma rast gəlirəm. Yolboyu söhbətimizdən öyrənirəm ki, xanım ilk dəfə işə qəbul olunur. Bu problemlərdən o da narazıdır, amma mövcud vəziyyətə dözmək üçün dişini sıxıb, təki həll olunsun deyə yalvarır. Deyir, iş yerindən ona da lazım olan sənədləri toplayıb təqdim etmək üçün bir neçə gün vaxt veriblər. Özümə də işdən icazə verdikləri üçün müdirlərə bu anlayışlı davranışlarına görə borclu olduğumuzu düşünürəm. Lakin durduğun yerdə borca düşmək belə olur. Şərt deyil ki, kiməsə ancaq maddi borcun olsun. Mənəvi olduğu kimi, tapşırıq, vaxt borcun da yarana bilir. Təbii ki, bu, sadəcə, qarşılıqlı etibar və anlayış çərçivəsində əməkdaşlıq edən, özünə və işinə hörmətlə yanaşan kəslər üçün əhəmiyyətli məqamdır. Yoxsa bu kimi vəziyyətlərdən sui-istifadə edənlər də ola bilər, onların bu cür narahatlığı olmaz. Belə halda isə sağlamlıq üçün arayışın alınmasına şirkətlərin uzun müddət anlayışla yanaşacağını düşünmürəm.

Beynimdə bu fikirlər və ümidlə xəstəxanaya dönürəm. Qeydiyyatım tamamlandıqdan sonra tibbi arayış almaq üçün "filtr" otağına yaxınlaşıram. Otaqda gülərüz və suallarıma cavab verərək hər şeyi izah edən biri ilə üz-üzə dayandığım üçün xoşbəxtəm. Bir-bir müayinədən keçməli olduğum ixtisas həkimlərini sadalayır və məyusluqla bildirir ki, bir neçəsi burada olmadığı üçün Zabrat Sağlamlıq Mərkəzinə - əvvəlki Zabrat Tibbi Diaqnostika Mərkəzinə getməliyəm.

"Stomatoloq üçün də Zabrata yazmısınız. Axı bayaq otağın yanından keçdim, burada var", - deyirəm. Həkimin burada olmadığını söyləyir. Sonradan öyrənirəm ki, həkim bələdiyyə seçkisi ilə bağlı işlərə cəlb olunub.

Otaqdan çıxmamış yenə bir ümidlə: "Bu gün bütün müayinələrdən keçib yekunlaşdıra bilərəm?" - soruşuram. "Xeyr, mümkün olmayacaq. Sabah saat 9-dan əvvəl Zabrat Sağlamlıq Mərkəzində olun. Rentgendən keçmək üçün tez gedib növbə götürün ki, növbəti günə qalmasın. Bəzən növbədə çox adam olur", - deyir.

Artıq vəziyyət məlumdur. "Tibbi arayış almaq üçün iki-üç gün sərf etdim, məni oradan-buraya, buradan-oraya göndərdilər", - deyənləri indi başa düşməyə başlayıram. Bəli, adamın öz başına gəlməyincə başqasını əsla dərindən anlaya, duya bilmir.

Müayinələrimi yekunlaşdırmaq üçün yoluma davam edirəm. Burada iki problem var: növbə və həkimi yerində tapmamaq. Bir çox hallarda olduğu kimi, burada da həkimi yerində tapmayanda məlum olur ki, baş həkim çağırıb.

Növbə gözləyən yaşlı xanım bu cavaba məndəki narazılığı duyub gileylənir:

- Hələ üstəlik, bunu elə deyirlər, elə bil vətəndaşı qapıda gözlətmək üçün əsaslı səbəbdir. Baş həkim çağırıb, vəssalam! Mən neyləyim? Yaşlı adamam, yoruluram. Adətlərini əldən yerə qoymurlar.

Yanındakı gənc xanım da sözünə qüvvət verir:

- Axı bu baş həkim iş vaxtı həkimləri niyə otağına çağırır? Ocaqda daşan yağımı var?! Vallah, sözüm yaxşılardan uzaq, amma xəstəxanalarda adlı-sanlı, kök salmış, əli-qolu hər yana çatan həkimlərdən vətəndaşın vaxtına hörmət, dərdinə dərman tapmaq üçün canıyananlıq görməmişəm. Əksinə, xəstələrə, xəstə yaxınlarına ona möhtac olan biri kimi baxırlar. Elə ki "şirinliklərini" verdin, olursan ən hörmətli adam. Yoxsa otağa daxil olan andan acı, kobud suallar verir, otaqdan tez çıxıb onu "yormamağın, vaxtını almamağın" üçün əllərindən gələni edirlər.

Növbədə dayanan hər kəs xəstəxanalarda başına gələnlərdən danışır. Şikayətlər isə demək olar, oxşardır: həkim laqeydliyi, növbə problemi, yanlış diaqnoz və müalicə. Hər pis təcrübədə adam öz başına gələnlərə, qarşılaşdığı situasiyalara şükür edir. Beləcə, növbəm çatır, bir-bir ixtisaslı həkim otaqlarına yaxınlaşıram. İçəridən çıxan adamlardan "bu heç yoxlamadı, elə sənədi yazıb, get dedi" fikirlərini eşidirəm. Özüm də içəri daxil olarkən eyni münasibətlə qarşılaşacağımı təxmin edirəm. Amma buraya qədər gəlmişəmsə, bütün həkimlərlə ünsiyyət qurub, heç olmasa, nəsə tövsiyə almağa çalışacağımı qərarlaşdırıb içəri daxil oluram. İlk sual: "Şikayətiniz var?" - olur. "Heç bir şikayətim yoxdur", - cavabını gözləyən həkimlər sənədi alıb, "sağlamdır" yazmaq üçün qələm əllərində hazır dayanırlar. "Poliklinika həkimləri arasında çox savadlıları var" fikrinə söykənərək onlarla bir qədər danışır, "Özünüz yoxlayıb qərar verin", - deyirəm. Bir neçəsi: "Nə görsək, yazaq?" - soruşur. "Əlbəttə!" - deyirəm. Bundan sonra mənə suallar verir, profilaktik tədbir üçün müəyyən dərmanlar qeyd edirlər. Gün olur günorta...

Növbəti gün Zabrat Sağlamlıq Mərkəzindəyəm. İlk müayinəm flüoroqrafiya otağında olacaq. Tez gəlməyimə rəğmən, növbədə xeyli adam var. Gənc bir oğlan şikayətlənir ki, dünən saat 2-yə qədər növbəsi çatmayıb, çıxıb gedib. İki saata yaxın gözlədikdən sonra növbəm çatır. İçəri daxil olar-olmaz həkim köməkçisi: "Soyun, oraya keç", - deyir. "Ay xanım, axı həkim yoxlamadı. Mənim ağciyərimdən şikayətim də yoxdur. Nə öskürürəm, nə təngnəfəsliyim var. Niyə şüalanım?" - soruşuram. Həkimlərin ehtiyac olmadığı halda rentgen müayinəsinə meyil etməməklə bağlı fikirləri beynimdə dolanır. İrəli durub eyni fikirləri həkimə də söyləyir, müayinə etməyini, ehtiyac olarsa, rentgendən keçirilməyimi xahiş edirəm. Amma həkim: "Xanım, rentgendən keçməlisiniz, bu, mütləqdir", - deyir. Bir qədər müzakirə etsək də, nəticə "göstəriş belədir" deyib, məni razılaşdırmaqla yekunlaşır.

Söhbətimizdən belə məlum olur ki, bura rentgen müayinəsi üçün hamilə qadınlar da az göndərilmirlər. Həkim isə hamilələr üçün rentgen şüasının zərərli ola biləcəyini əsas gətirərək onları bu müayinədən keçirmədiyini deyir.

Hiss edirəm ki, mövcud vəziyyət məni qayğılandırıb. Yorğun halda dermatoloq otağına yaxınlaşıram, lakin həkim yerində deyil. Yenidən qeydiyyata qayıdıram. Bildirilir ki, həkim məzuniyyətdədir, nə zaman gələcəyi isə məlum deyil. Qanıqara qeydiyyatda ayaq saxlayıb fikirləşirəm ki, nə edim? Bu dəmdə yaşlı bir xanım yaxınlaşır. Qeydiyyatdakı xanımdan ürək həkimi üçün növbə istəyir.

- Kardioloq məzuniyyətdədir.

- Yaxşı, onda şəkər həkiminə (endokrinoloq) yaz. Ayaqlarım ağrıyır. Bu boyda yolu durub gəlmişəm.

- Şəkər həkimi də məzuniyyətdədir.

- Yaxşı, di onda cərraha yaz.

Qeydiyyatçı növbə yazıb, xanıma uzadır.

Mənimlə bərabər dünəndən yollara düşən xanım da gəlib çıxır. Öyrənirik ki, dermatoloq məsələsini Ramanada 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında həll edəcəklər. İki saata yaxın avtobusla səyahətdən sonra xəstəxanaya çatırıq. Buradakı nəticələri də topladıqdan sonra budur, sağlamlıq haqqında arayışımız hazırdır. İkimiz də keşməkeşli yollardan keçdikdən sonra sənədi aldığımız üçün şükür oxuyub, sağollaşırıq.

Xəstəxananın həyətinə çıxıram. Dərindən nəfəs alıram ki, telefonum zəng çalır. Tanışlardan biridir:

- Alo, salam! Necəsən, Aləmdə?

- Əleyküməssalam! Necə olacağam? Yaxşıyam, amma məyus, qanıqara.

- Sosial şəbəkədə statusunu indi gördüm. Xəbərim olsaydı, sənə yol-yolağasını başa salardım, beş-on manat artıq verib əziyyətsiz alardın.

- Necə?

- Necə olacaq? Ənənəvi yollarla.

- Bu yolların hələ də qaldığını bilmirdim. Bəlkə də, səhv məndədir. Bir az maraqlandım, dedilər, ancaq qeydiyyatda olduğum poliklinikadan qayda-qanunla ala bilərəm. Kaş elə başdan sosial şəbəkədə yazıb soraqlaşardım. Çox üzgünəm. Belə görürəm, elə də çox dəyişən nəsə yoxdur. Hələ mən səsimi kimlərəsə çatdıra bilirəm. Bəs bu çətinliklərlə daim qarşılaşan sadə vətəndaş nə etsin?..

Tanışımla söhbətimiz bu cür qayğılı notlar üzərində davam edir.

Sonuncu sualıma cavab verəcək olanlara isə yazımda qeyd etdiyim məqamlarla bağlı sorğu ünvanlamışıq, cavab gözləyirik.

Aləmdə Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Yanvar 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri