Icma.az
close
up
RU
“Utanmaq bu qədər çətindir?”

“Utanmaq bu qədər çətindir?”

Olay.az saytına istinadən Icma.az xəbər verir.

“Bəzi "şou-biznes ulduzları"na demək istəyirəm: məşhurluq sizi böyük etmir. Səhnəyə çıxmaqla insan olunmur. Adınız var deyə hər etdiyiniz normal sayılmır. Sizə baxan bir nəsil var. Telefonu əlində olan uşaqlar sizi izləyir, danışığınızı, davranışınızı, geyiminizi, münasibətinizi təqlid edir”.

OLAY yazır ki, bu sözləri instaqramda rəqqasə Fatimə Fətəliyeva qeyd edib.

Fatimə ad çəkmədən şou-biznesdə gedən qalmaqala münasibət bildirib:

“Amma siz nə edirsiniz? Ucuz qalmaqal, süni səs-küy, səviyyəsiz çıxışlar, mənasız hərəkətlər... Bunu sənət adı ilə təqdim edirsiniz. Sənət bu deyil. Sənət məsuliyyətdir. Sənət mədəniyyətdir. Sənət tərbiyədir.

Pul və baxış sayı naminə hər şeyi normallaşdırmaq ayıbdır. Dəyərsizliyi trendə çevirmək isə daha da ayıbdır. Sabah həmin uşaqlar sizin kimi davrananda, cəmiyyət pozulanda heç kim təəccüblənməsin.

Unutmayın: səhnə oyuncağınız deyil. Siz istəsəniz də, istəməsəniz də nümunəsiniz. Amma təəssüf ki, nümunə olmaq əvəzinə iyrəndirici bir səviyyə göstərirsiniz.

Şöhrət müvəqqətidir. Amma qoyduğunuz iz qalıcıdır. O izi necə qoyduğunuzu yaxşı düşünün.

Şou-biznes adı altında hər şeyi normallaşdırmağa çalışırsınız, amma unutmayın - indi oruc ayıdır. Bu ay müqəddəs aydır. İnsan bir az özünə, dilinə, davranışına nəzarət edər. Ağzınıza gələni danışmaq, qalmaqal yaratmaq, söyüşü, tərbiyəsizliyi "cəsarət" kimi göstərmək nə sənətdir, nə də mədəniyyət.

Oruc tutan gənclər var. Bu ayın hörmətini saxlayan ailələr var. Amma siz yenə ucuz gündəm, boş söz, səviyyəsiz hərəkətlərlə diqqət toplamağa çalışırsınız. Müqəddəs ayda belə özünüzü saxlaya bilmirsinizsə, deməli problem trenddə yox, tərbiyədədir.

Ramazan ayı nəfsə hakim olmaq ayıdır. Dilə sahib çıxmaq ayıdır. Hörmət ayıdır. Amma siz hörmətsizliyi nümayiş etdirməyi seçirsiniz. Sonra da deyirsiniz "biz sənətçiyik". Sənətçi olmaq əvvəlcə insan olmaqdan keçir. Bir az utanmaq, bir az düşünmək, bir az məsuliyyət hiss etmək bu qədər çətindir? Şöhrət hər şey deyil. Xüsusilə də bu müqəddəs ayda”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://olay.az
archiveBu xəbər 23 Fevral 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see254

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see210

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see196

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see191

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see185

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see184

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see184

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see184

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see183

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see178

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see163

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see158

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see155

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see152

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see152

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see151

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see149

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see149

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see146

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri