Icma.az
close
up
RU
Tibbi radiasiya müalicə edir

Tibbi radiasiya müalicə edir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Qaydalar pozulanda isə sağlamları da xəstələndirir

Xarici ölkə mətbuatının yazdığına görə, hazırda dünyada onkologiyanın 30 il əvvələ nisbətən yüksələn xətt üzrə kritik həddə çatmasının səbəbləri araşdırılır. Alimlər, hətta, bundan sonrakı 30 ilə onkoloji xəstə sayının statistikaya uyğun olaraq 2 dəfə artacağını proqnozlaşdırırlar. Amma açığı onkologiya sahəsinin həkimlərinə xəstəliyin səbəblərini öyrənmək o qədər maraqlı deyil.

Alimlər xəstələrin çoxalmasının bir səbəbini 1980-ci illərdən bu yana tibbi radiasiyanın artmasında görürlər. Yəni xəstələr müayinələr zamanı KT, rentgen və digər analoji müayinələr zamanı normal dozadan 6 dəfə çox şüalanma dozası alırlar.

ABŞ-da statistika göstərir ki, ölkədə 380 milyon diaqnostik və radioloji prosedur həyata keçirilib ki, bunun da 18 milyonu “nüvə” təbabətində açıq şüalanma və radioaktiv maddələrin istifadəsi sahəsində olub.

“1980-ci ildə amerikalıların radiasiyaya məruz qalmasının yalnız 15 faizi tibbi cihazlardan, qalan hissəsi isə ilk növbədə ətraf mühitdən gəlirdi. Tibbi radiasiya son 20 ildə 700 faiz artıb və hazırda Amerikada ən vacib radiasiya növüdür”.

Amerikalı professor Mettler vurğulayır ki, nəzəri olaraq bu, idarə olunan şüalanmadır. “Biz atom elektrik stansiyalarından gələn radiasiyanı tənzimləyirik ki, insanlar həyati təhlükə yaradan radiasiya dozaları almasınlar. Amma nədənsə tibbi radiasiya tənzimlənməmiş qalır. Bu arada, o, radiasiyanın ən vacib mənbəyidir. Və nə qədər almağınız tamamilə ailə həkiminizdən və ya xəstəxanadakı həkimlərdən asılıdır”.

Professor Mettlerin hesabatı “Radiology” jurnalında dərc olunub. Mövzu ilə bağlı əvvəlki tədqiqatlar artıq göstərmişdir ki, ABŞ-da bütün xərçəng hadisələrinin iki faizinə qədəri tibbi radiasiyaya məruz qalır.

Elə Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Xəstəxana, klinikaların sayı artır, hər biri də müasir rentgen, MRT və KT cihazları ilə təmin olunur. Klinikalar yaşayış binalarındadır, izolyasiya qanunları bəzən pozulur, özəl və dövlət xəstəxanaları. xüsusən, sığorta tətbiqindən xəstələri daha çox, yeri gəldi, gəlmədi, ən xırda şübhədə belə radioloji müayinəyə yazır. Klinikalarda KT, MRT, USM, rentgen kabinetlərində ucsuz-bucaqsız növbələr var. Elə xəstə var, il ərzində ürəyi istədiyi qədər radioloji müayinədən keçir. Bu da alimlərin dediyi kimi onların şüalanma dozasını artırır.

Z.HÜSEYNLİ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see348

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see316

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see300

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see238

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see238

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see217

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see202

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see195

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see190

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see189

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see184

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see180

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see178

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see175

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see166

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see161

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see148

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri