Tibbi sıçrayış: Bu şəkər xəstələrinin artıq insulinə ehtiyacı yoxdur
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-da 1-ci tip diabetli 10 pasiyent kök hüceyrə əsaslı yeni terapiya sayəsində insulindən tamamilə imtina edib. Bu nailiyyət "Zimislecel" adlı eksperimental preparatın tətbiqindən sonra mümkün olub. Dərman ABŞ-ın Vertex Pharmaceuticals şirkəti tərəfindən hazırlanıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmada 12 nəfər iştirak edib. Onların hamısında ağır formalı 1-ci tip diabet və hipoqlikemik hissiyyatsızlıq müşahidə olunub. Bu vəziyyət zamanı insan qan şəkərinin təhlükəli dərəcədə düşməsini hiss etmir və bu, huşsuzluğa, qıcolmalara, hətta ölümə səbəb ola bilər. Müalicədən bir il sonra 10 pasiyent insulindən tamamilə imtina edib, 2 nəfərdə isə doza əhəmiyyətli dərəcədə azaldılıb.
Yeni terapiya laboratoriyada kök hüceyrələrdən hazırlanmış və mədəaltı vəzinin insulin istehsal edən beta-hüceyrələrinə çevrilmiş hüceyrələrin orqanizmə yeridilməsini nəzərdə tutur. Bu hüceyrələr xəstənin qaraciyərinə köçürülür və burada immun sistemin məhv etdiyi hüceyrələrin funksiyasını yerinə yetirməyə başlayır.
İnfuziyadan cəmi bir neçə ay sonra xəstələrdə qanda qlükoza səviyyəsinə nəzarət əhəmiyyətli dərəcədə yaxşılaşıb. Əgər müalicədən əvvəl onlar gündəlik normal şəkər səviyyəsində yalnız vaxtın 50 faizini keçirirdisə, terapiyadan sonra bu göstərici 93 faizdən yuxarı olub. Bəzi hallarda şəkər səviyyəsi o qədər sabitləşib ki, gündəlik insulin inyeksiyalarına ehtiyac qalmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 27 İyun 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları











![Şəkidə 24 yaşlı oğlan 50 yaşlı kişini qətlə yetirdi Hadisənin TƏFƏRRÜATI/red]](https://icma.az/media/photos/15_11_2025/516707d3-6080-406b-bd69-a673ff55a496.webp)







