Icma.az
close
up
RU
Şəkər xəstələrinin qida seçimi PROBLEMİ

Şəkər xəstələrinin qida seçimi PROBLEMİ

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Standartlaşdırma İnstitutu "Diabetik təbii meyvə şirələri" dövlət standartını ləğv edilməsi üçün ictimai müzakirəyə çıxarıb. Onun ləğv edilmə səbəbi isə həmin standart ilə istehsalın olmamasıdır. Bu müzakirə istehlakçılar, xüsusilə şəkərli diabet xəstələri arasında suallar doğurub. 2024-cü ildə qüvvəyə minmiş bu standartın istehsal olmaması səbəbindən ləğvi, bazarda bu kateqoriyaya daxil olan məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.

Məlumdur ki, satışda şəkərli diabet xəstələri üçün kifayət qədər məhsullar var. Bəs diabet xəstələri üçün nəzərdə tutulan digər məhsulların təhlükəsizliyi necə təmin olunur? Şəkərli diabeti olan xəstələr onlar üçün nəzərdə tutulan məhsulları alarkən nələrə diqqət etməlidirlər?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Meyvə düzgün seçildikdə...

İstehsal meneceri Sayat Quliyeva "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycanda bəzi diabetik dərmanların qablaşdırılması həyata keçirilir, lakin diabetik qida məhsullarının yerli istehsalı yoxdur. Bu məhsulların böyük əksəriyyəti idxal olunur. Onun sözlərinə görə, standartın ləğvi də məhz bu səbəblə, daxili istehsalın olmaması ilə əlaqələndirilir: "Hazır meyvə şirələrinin tərkibində qatılaşdırılmış və əlavə olunmuş şəkər miqdarı yüksək olduğundan şəkərli diabet xəstələri üçün tövsiyə edilmir. Meyvənin özü düzgün seçildikdə və porsiya ölçüsünə nəzarət olunduqda isə şəkərli diabet xəstələri üçün zərərli deyil, əksinə, faydalıdır. Əsas məsələ düzgün meyvə növlərinin seçilməsi və miqdarın nəzarətdə saxlanmasıdır. Meyvələrin tərkibindəki şəkər təbii fruktoza şəklindədir və yüksək miqdarda lif ehtiva edir. Bu liflər bağırsaqlarda şəkərin sorulmasını yavaşladaraq qanda şəkər səviyyəsinin ani yüksəlməsinin qarşısını alır. Hazır meyvə şirələrinin tərkibində qatılaşdırılmış və əlavə olunmuş şəkər miqdarı yüksək olduğundan şəkərli diabet xəstələri üçün tövsiyə edilmir. Diabetiklər üçün ən düzgün seçim meyvənin təzə formada istehlak edilməsidir. Eyni zamanda, meyvələrin qlisemik indeks və şəkər miqdarı baxımından tanınması da onların sağlam qidalanması üçün vacibdir".

Adi meyvə şirələrindən fərqi

Həmsöhbətimiz bildirir ki, diabetik meyvə şirələri adi meyvə şirələrindən fərqlənir. Çünki onlar şəkərsiz və qanda şəkər səviyyəsini artırmayan maddələrdən hazırlanır: "Bu məhsullarda şəkər əvəzedicisi kimi süni və ya təbii maddələrdən istifadə olunur: steviosid (stevia bitkisindən alınır), eritritol, sukraloza, aspartam və s. Lakin diabetik məhsullarda istifadə olunan süni dadlandırıcıların miqdarı çox olduqda, bu, insan orqanizminə mənfi təsir göstərə bilər. Məsələn, aspartam uzun müddət yüksək dozada qəbul edilərsə, mədə-bağırsaq problemləri, insulin müqavimətinin artması və hətta ürək-damar xəstəlikləri kimi ciddi fəsadlara səbəb olur".

S.Quliyeva vurğulayır ki, günümüzdə diabetik, dietik, bioloji və təbii məhsulların istehlakı və istehsalı qarışıq vəziyyətdədir. Bu terminlərin istifadəsi böyük məsuliyyət tələb edir, xüsusilə "diabetik" anlayışında: "Ona görə də istehlakçılar mütləq aldıqları məhsulların etiketlərdə "Diabetik", "No sugar", "Sugar free" kimi ifadələrin olmasına və məhsulun qida dəyərinə diqqət etməlidirlər. Həmçinin istifadə etməzdən əvvəl müalicə həkimləri ilə məsləhətləşmək vacibdir".

"İstehsalı dayandırılır, ya da satışdan geri çağırılır"

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanı isə son dövrlərdə marketinq hiylələrindən istifadə olunaraq bəzən "diyetik", bəzən "pəhriz" və "diabetik" adı altında müxtəlif qidaların satışa çıxarılması narahat edir: "Bu məhsulların heç də hamısı 100 faiz zəmanətli deyil ki, üzərində yazıldığı kimi həqiqətən də faydalı, az yağlı və ya az şəkərlidir. Çox vaxt belə məhsullar normativ tələblərə cavab vermədiyi üçün ya istehsalı dayandırılır, ya da satışdan geri çağırılır. Bu səbəbdən şəkərli diabet xəstələri, ümumiyyətlə, istehlakçılar belə məhsulları alarkən xüsusilə diqqətli olmalıdırlar. Etiket oxumaq vərdişi formalaşdırılmalı, yalnız etibarlı və sertifikatlı məhsullara üstünlük verilməlidir. Məhsulun tərkibində fruktoza, qlükoza siropu, bal və ya digər şəkər növləri varsa, onların istifadəsində ehtiyatlı olmaq lazımdır".

"Bu cür məhsullardan uzaq durmalıdırlar"

Ekspert vurğulayır ki, əgər insan şəkərli diabet xəstəsidirsə, bu cür məhsullardan tamamilə uzaq durmalıdır: "Həmçinin məhsulun üzərindəki qida dəyəri cədvəlində karbohidrat miqdarı da yoxlanmalıdır. Bu göstərici gündəlik normanı aşırsa, həmin məhsuldan imtina etmək lazımdır. Diabet xəstələri üçün gündəlik şəkər miqdarı təxminən üç qramdan çox olmamalıdır, lakin bu rəqəm də şəxsin səhhətinə uyğun fərdi şəkildə dəyərləndirilməlidir".

Mütəxəssis qeyd edir ki, bir çox hallarda diabetik məhsullarda şəkər əvəzinə kimyəvi tərkibli azpartam kimi maddələrdən istifadə olunur: "Azpartam şəkərdən təxminən 10 dəfə daha şirin dada malik olsa da, onun kimyəvi tərkibli olması uzunmüddətli istifadə zamanı qaraciyər və böyrək funksiyalarına mənfi təsir göstərə bilər. Bu səbəbdən bu cür maddələrin tərkibdə olub-olmadığına xüsusi diqqət yetirilməlidir. Həm evdə hazırlanan yeməklərdə, həm də hazır məhsullar alarkən qlisemik indeksi yüksək olmayan qidalara üstünlük verilməlidir. Məsələn, üzüm, nar, ərik kimi bəzi şirin meyvələrin qlisemik indeksi yüksək olduğu üçün şəkər xəstələrinə bu meyvələri ya çox az miqdarda, ya da ümumiyyətlə qəbul etməmək tövsiyə olunur. Şəkər xəstələri qəbul etdikləri qidaların keyfiyyətindən və mənşəyindən əmin olmalı, yalnız etibarlı mənbələrdən alınmış məhsullara üstünlük verməlidirlər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Avqust 2025 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri