Icma.az
close
up
RU
“Tibbi sığorta haqqında” qanuna dəyişiklik nə vəd edir?

“Tibbi sığorta haqqında” qanuna dəyişiklik nə vəd edir?

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

“Milli Məclisdə müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi həbs yerlərində olan şəxslərin tibbi təminatında yeni mərhələ hesab edilə bilər. İndiyə qədər məhkumların sağlamlıq xidməti əsasən dövlət büdcəsi hesabına və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi vasitəsilə həyata keçirilirdi. Bu isə həm maliyyə yükü yaradır, həm də xidmətlərin müasir idarəetmə mexanizmlərinə inteqrasiyasını məhdudlaşdırırdı. Yeni dəyişikliklər nəticəsində məhkumların da icbari tibbi sığorta çərçivəsində xidmət alması nəzərdə tutulur”.

Bunu 525.az-a Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. O qeyd edib ki, əsas düzəlişlərdən biri Qanunun 15-2.1-ci maddəsinə edilmiş əlavədə öz əksini tapır. Burada həbs edilən, müəyyən müddətə və ömürlük azadlıqdan məhrumetmə cəzası çəkən şəxslərin də icbari tibbi sığortanın subyektləri sırasına daxil edilməsi təklif olunur. Bu, məhkumların hüquqi statuslarının məhdudiyyətlərinə baxmayaraq, onların sağlamlıq hüququnun təmin edilməsinə yönəlmiş mühüm addımdır:

“Mövcud qanunun 15-2.3-cü maddəsində həmin şəxslərin sığorta subyektləri dairəsindən çıxarılmasına dair müddəa mövcud idi. Layihə ilə bu istisna aradan qaldırılır. Bu dəyişiklik formal bir düzəliş təsiri bağışlasa da, əslində məhkumların tibbi xidmətlərdə bərabər hüquqlara malik olmalarının hüquqi əsasını möhkəmləndirir.  Bu dəyişikliklər yalnız Azərbaycan vətəndaşlarını deyil, həm də əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri əhatə edir. Bu isə həm milli qanunvericiliyin humanistləşdirilməsi, həm də Azərbaycanın beynəlxalq öhdəliklərinin icrası baxımından mühüm əhəmiyyət daşıyır. Beləliklə, “Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişikliklər və əlavələr yalnız texniki düzəlişlər deyil, həm də dövlətin humanist siyasətinin bariz ifadəsidir. Onlar məhkumların sağlamlıq hüququnun effektiv qorunmasına, penitensiar sistemdə humanizm prinsiplərinin güclənməsinə və gələcəkdə məhkumların cəmiyyətə reinteqrasiyasının asanlaşdırılmasına xidmət edir”.

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Sentyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri