Icma.az
close
up
RU
Tiflisdə Ahıska türkləri ilə bağlı konfrans keçirilib

Tiflisdə Ahıska türkləri ilə bağlı konfrans keçirilib

Ayna saytına istinadən Icma.az xəbər verir.

Konfrans Ahıska türklərinin deportasiyasının 80-ci ildönümünə həsr olunub

Noyabrın 14-də Tiflisdə Ahıska türklərinin deportasiyasının 80-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

AYNA Azərtac-a istinadən xəbər verir ki, Dünya Ahıska Türkləri Birliyinin (DATüB) təşkil etdiyi tədbirdə Azərbaycan, Rusiya, Türkiyə və digər ölkələrdən gəlmiş nümayəndələr iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ahıska türklərinin sürgünlük həyatının acı dövrünü əks etdirən fotolardan ibarət sərgiyə baxıblar.

Sonra Ahıska türklərinin deportasiyasından bəhs edən “Ahıska sürgünü” sənədli film nümayiş etdirilib.

DATüB-in Gürcüstan təmsilçisi Murat Binaliyev çıxış edərək Ahıska türklərinin deportasiyasının səbəbləri barədə məlumat verib. Bildirilib ki, 1944-cü il noyabrın 14-də keçmiş SSRİ-nin tərkibində olan Gürcüstan SSR-in (indiki Gürcüstan Respublikası) Mesxetiya regionunda yaşayan Ahıska türkləri sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya (Qazaxıstan, Qırğızıstan və Özbəkistana) deportasiya olunublar.

Həmin vaxtlarda Gürcüstanda 212 kənddə yaşayan təqribən 95 min Ahıska türkü öz evlərindən məcburi qaydada çıxarılaraq yük vaqonları ilə çox ağır şərtlər altında Mərkəzi Asiya respublikalarına sürgün ediliblər. Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilib, orada məcburi əməyə cəlb olunublar. Sürgündəki dözülməz şərait 50 minə qədər Ahıska türkünün ölümünə səbəb olub. Deportasiya İosif Stalinin birbaşa əmri əsasında SSRİ xalq daxili işlər komissarı Lavrenti Beriyanın rəhbərliyi ilə 4 min milis əməkdaşı tərəfindən həyata keçirilib.

Tədbirdə DATüB-in baş katibi Ziyəddin Kassanov, sürgünlük həyatı yaşamış Altun xanım, Türkiyə parlamentinin deputatı Sinan Oğan, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay və başqaları çıxış edərək Ahıska türklərinin hazırkı durumu və sayı barədə ətraflı məlumat veriblər. Bildirilib ki, bu gün sayı 600 mindən çox olan Ahıska türkləri dünyanın 9 ölkəsində məskunlaşıblar. Onların 100 mini Azərbaycanda yaşayır.

Sonda Ahıska türklərinin birliyinin daha möhkəmləndirilməsi ilə bağlı müraciət qəbul olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 Noyabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri