Icma.az
close
up
RU
Dünya Ahıska Türkləri Birliyinin 5ci Qurultayı FOTO

Dünya Ahıska Türkləri Birliyinin 5ci Qurultayı FOTO

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya Ahıska Türkləri Birliyi (DATÜB), 5-ci Qurultayını Azərbaycanın paytaxtı Bakı şəhərində geniş iştirakla həyata keçirdi.

Modern.az xəbər verir ki, qurultaya 9 ölkədən 70 nümayəndə və 230 qonaq qatıldı. Ahıska Türk cəmiyyətinin gələcəyini formalaşdıracaq qərarların alındığı bu tarixi tədbirdə birlik, həmrəylik və ortaq məqsədlər ön plana çıxdı. Qurultayın, Ahıska Türklərinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi bir daha nümayiş etdirmək məqsədi ilə Bakı şəhərində keçirilməsi vacib hesab edilmişdir.

Qurultayda Azərbaycan və Türkiyə hökumətinin rəsmiləri, 9 ölkədə fəaliyyət göstərən Ahıska Türklərinə aid qurumların təmsilçiləri, media nümayəndələri və çoxsaylı DATÜB üzvləri iştirak etdi. Tədbirin açılışında vətən uğrunda canlarını fəda edən şəhidlər anıldı. Azərbaycan və Türkiyənin milli marşları səsləndirildi.

Ziyatdin Kassanov yenidən DATÜB Sədri Seçildi

Toplantının əsas məqamlarından biri də DATÜB sədrinin seçilməsidir. Yığıncaq sonunda Ziyatdin Kassanov yekdilliklə təşkilatın yeni sədri olaraq seçildi. Kassanov öz çıxışında Ahıska Türklərinin yaşadıqları ölkələrdəki vəziyyətinə toxunaraq, xüsusilə Azərbaycan və Türkiyənin bu xalqın problemlərinə verdiyi dəstəyi vurğuladı. O, həmçinin Azərbaycan dövlətinin 2-ci Qarabağ Müharibəsindəki zəfərinin bütün Ahıska türkləri üçün böyük bir qürur mənbəyi olduğunu qeyd etdi.

Ahıska Türkləri hər zaman Azərbaycanın yanında olmuş və müxtəlif mərhələlərdə həm maddi, həm də mənəvi dəstəkləri ilə bu ölkənin mühüm məsələlərində iştirak etmişlər. Xüsusilə, 1-ci və 2-ci Qarabağ müharibələrində Ahıska Türklərinin göstərdiyi qəhrəmanlıq və fədakarlıq danılmazdır. 1-ci Qarabağ Müharibəsində 100-ə yaxın şəhid və 1 milli Qəhrəman, 2-ci Qarabağ Müharibəsində isə 9 şəhid və 1 Vətən Müharibəsi qəhrəmanımız vardır. Bu igidlər, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda öz canlarını fəda edərək, tarixdə silinməz iz buraxmışlar.

Vətənə Dönüş və Ahıska Türklərinin Hüquqları

Kassanov, Ahıska türklərinin 600 min nəfərlik böyük bir türk toplumu olduğunu və 80 min Ahıska Türkünün Azərbaycanın müxtəlif bölgələrində yaşadığını bildirdi. O, Ahıska türklərinin ən əsas hədəfinin "vətənə dönüş" olduğunu vurğuladı. Kassanov, Gürcüstan hökumətindən Ahıska türklərinin öz torpaqlarına qayıtmalarına icazə verilməsini tələb etdi və qeyd etdi ki, Gürcüstan vətəndaşlarının sahib olduğu bütün hüquqlara Ahıska türkləri də sahib olmalıdırlar.

Qurultayda həmçinin Türkiyə Cumhurbaşkanı Başdanışmanı Yalçın Topçu da çıxış edərək, Cumhurbaşkanı Recep Tayyip Erdoğan’ın salamlarını çatdırdı və Ahıska Türklərinin haqq mücadiləsinə dəstəklərini bir daha bildirdi.

DATÜB-ün Dəstəyi və Ahıska Türklərinin Gələcəyi

Qurultayda Ahıska türklərinin yaşadığı 9 müxtəlif ölkədə qarşılaşdıqları sosial və iqtisadi çətinliklərə diqqət çəkildi. Kassanov DATÜB olaraq, Ahıska türklərinin bu ölkələrdə inkişaf etməsi və onların hüquqlarının qorunması istiqamətində müxtəlif layihələr həyata keçirmək niyyətində olduqlarını qeyd etdi. Bu, Ahıska türklərinin problemlərinə həll yolu tapmaq üçün çox mühüm bir platforma təşkil etdi və gələcəkdə daha böyük layihələrin həyata keçirilməsinə təkan verdi.

Dünya Ahıska Türkləri Qurultayının Nümayəndələrindən Azərbaycan Prezidentinə Müraciət

Tədbirin sonunda, Dünya Ahıska Türkləri Qurultayının nümayəndələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq və təşəkkürlərini bildirən rəsmi müraciət ünvanladılar. Müraciətdə Ahıska Türklərinin Azərbaycanla olan möhkəm qardaşlıq bağları, bu bağların tarixi və Prezident İlham Əliyevin rəhbərliyi altında Ahıska Türklərinə göstərilən diqqət və dəstək vurğulanmışdır.

Qurultay nümayəndələri müraciətlərində, Azərbaycan xalqının Ahıska Türklərinə göstərdiyi dəstəyin və qapılarını açmasının 1989-cu ildəki Ferqana hadisələrindən sonra xüsusi əhəmiyyət daşıdığını bildirmişlər. Bu böyük dəstək, Ahıska Türklərinin Azərbaycanda təhlükəsiz və sülh içində həyat sürmələrinə imkan yaratmışdır. Müraciətdə həmçinin, mərhum Heydər Əliyevin Ahıska Türklərinə olan xüsusi qayğısı və təhsil sahəsindəki yardımlarının günümüzdə də xatırlandığı qeyd olunmuşdur.

Dünya Ahıska Türkləri Qurultayının nümayəndələri, Azərbaycanın müstəqillik və suverenlik mücadiləsindəki zəfərlərinə öz töhfələrini verdiklərini, 1990-cı illərin əvvəllərində baş vermiş birinci Qarabağ müharibəsində Ahıska Türkləri 100-dən çox şəhid və bir Milli Qəhrəman, ikinci Qarabağ Müharibəsində isə 9 şəhid və 1 Vətən Müharibəsi Qəhrəmanı verib.

Bu fədakarlıq və qardaşlıq ruhu, Ahıska Türkləri ilə Azərbaycan arasında möhkəm əlaqələr yaratmış və iki xalq arasındakı dostluğu daha da gücləndirmişdir. Qurultay nümayəndələri, Azərbaycan xalqı və Prezident İlham Əliyevin Ahıska Türklərinə göstərdiyi qayğıya görə təşəkkürlərini bildirərək, gələcəkdə də iki xalq arasında birliyin daha da gücləndirilməsi üçün əllərindən gələni edəcəklərini ifadə etmişlər.

Müraciətdə, Ahıska Türklərinin hər zaman Azərbaycanla birgə olmağa və bu gözəl və şanlı ölkənin inkişafı üçün fəal iştirak etməyə hazır olduqları bildirilib. Dünya Ahıska Türkləri Qurultayının nümayəndələri, Azərbaycan ilə olan bu dərin qardaşlıq münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyinə olan inamlarını ifadə etmişlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Dekabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri