Icma.az
close
up
RU
TİKA, 14 fərqli ölkədən arıçıları Bakıda bir araya gətirdi

TİKA, 14 fərqli ölkədən arıçıları Bakıda bir araya gətirdi

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən arıçılıq qurumlarının təşkilatçılığı ilə "I Api Avrasiya Arıçılıq Konqresi" Bakıda keçirildi.
Konqresə Azərbaycan və Türkiyə ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Şimali Makedoniya, Ukrayna, ABŞ, Cənubi Koreya, İran, Rusiya Federasiyası və digər ölkələrdən olmaqla ümumilikdə 14 ölkədən 200-dən çox peşəkar arıçı, alim, arıçılıq qurumlarının nümayəndələri və iş adamları qatıldı.
Tədbirin açılışında Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, Azərbaycan Arıçılar Birliyinin sədri Bədrəddin Həsənov, TİKA Bakı Proqram Koordinatoru Həyrəddin Özçelik, Api Avrasiya Birliyinin Baş Katibi Anıl Ergin və Azərbaycan Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov çıxış etdilər.
KOBİA sədri Orxan Məmmədov çıxışında arıçılığın yalnız kənd təsərrüfatı və heyvandarlığın bir sahəsi kimi deyil, yaşıl iqtisadiyyat və ekoloji tarazlığın qorunması baxımından həyati əhəmiyyətə malik bir sahə olduğunu vurğuladı.
TİKA Bakı Proqram Koordinatoru Həyrəddin Özçelik, Azərbaycanın müxtəlif iqlim qurşaqları və məhsuldar torpaqları ilə strateji əhəmiyyətə malik olduğunu, arıçılıq sahəsində böyük potensiala sahib olduğunu qeyd etdi. O, TİKA-nın 2008-ci ildən bəri Azərbaycanda arıçılığın inkişafına yönəlmiş bir sıra layihələr həyata keçirdiyini və bu sahəyə dəstəyin davam etdiriləcəyini bildirdi. Bundan əlavə, Bosniya, Monteneqro, Şimali Makedoniya, Gürcüstan və Afrika ölkələri də daxil olmaqla, dünyanın müxtəlif bölgələrində arıçılıq layihələrinin uğurla icra edildiyini vurğuladı. Özçelik, TİKA-nın beynəlxalq arıçıları bir araya gətirərək onların bilik və təcrübə mübadiləsinə xüsusi önəm verdiyini qeyd etdi.
Konqresdə Türkiyədən Karadeniz Texniki Universitetinin müəllimi Prof. Dr. Sevgi Kolaylı, arıçılıq məhsullarının keyfiyyət və təhlükəsizlik standartları, həmçinin beynəlxalq bazarlara çıxış imkanları haqqında təqdimat etdi.
Ukraynalı arıçılıq mütəxəssisi Vladimir Malihin, ana arı yetişdirilməsi sahəsində ənənəvi və yeni metodlar haqqında təcrübələrini iştirakçılarla bölüşdü.
ABŞ-dan konqresə qatılan arıçılıq eksperti Dr. Dan Aurell, arı xəstəlikləri və onlarla mübarizə üsulları haqqında geniş təqdimat etdi.
Gürcüstan, Şimali Makedoniya, İran, Rusiya, Cənubi Koreya və Türkiyədən olan mütəxəssislər arıçılıq, bal istehsalı, arı xəstəlikləri və digər mövzularda təqdimatlar keçirdilər.
Azərbaycan Arıçılar Birliyinin sədri Bədrəddin Həsənov, dünyanın müxtəlif ölkələrindən arıçılıq sahəsində mütəxəssis və alimlərin bilik və təcrübələrini paylaşmasına şərait yaradan bu tədbirin təşkilinə görə TİKA-ya minnətdarlığını ifadə etdi.(inewsmedia.az)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Fevral 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri