Icma.az
close
up
RU
Tikinti materialları bahalaşdı

Tikinti materialları bahalaşdı

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2026-cı ilin fevral ayına olan vəziyyətə görə Azərbaycanda tikinti materialları bazarında aktivlik artımı müşahidə olunur. Sektor üzrə istehsal göstəricilərində yüksəliş qeydə alınsa da, bazarda qiymət artımı tendensiyası da davam edir.

Məlumatlara əsasən, 2026-cı ilin yanvar ayında tikinti materialları istehsalının ümumi dəyəri 117.8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39.3% artım deməkdir. Xüsusilə asfalt, əhəng, beton konstruksiyalar və sement məhsullarının istehsalında artım bazarda tikinti fəaliyyətinin canlandığını göstərir.

Tikinti materiallarının satışı ilə məşğul olan Ramil Həsənli Milli.Az açıqlamasında bildirib ki, bununla yanaşı, fevral ayında tikinti materiallarının qiymətlərində mərhələli bahalaşma müşahidə olunur.

"Son aylarda bazarda satışda olan materialların bir hissəsinin qiyməti artıb və ümumi bahalaşma aylıq orta hesabla 1.4% civarında qiymətləndirilir. Taxta materialları, metal örtüklər və bəzi dam örtüyü məhsullarında qiymət artımı daha nəzərə çarpır. Qiymət artımının əsas səbəbləri idxal məhsullarının bahalaşması, logistika və daşınma xərclərinin yüksəlməsi, həmçinin ölkədə tikinti layihələrinin çoxalması nəticəsində tələbin artması ilə bağlıdır. Azərbaycanın tikinti materialları bazarı hələ də müəyyən dərəcədə idxaldan asılı olaraq qalır və xüsusilə Türkiyədən sement, şüşə və keramika məhsullarının idxalında artım qeydə alınır. Kəskin qiymət sıçrayışı müşahidə olunmasa da, yaz-yay mövsümünə yaxın dövrdə tələbin artması fonunda qiymətlərin tədricən yüksələcəyi gözlənilir", - deyə o qeyd edib.

Ayxan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Fevral 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri