Icma.az
close
up
RU
Tikinti materialları niyə bahalaşıb?

Tikinti materialları niyə bahalaşıb?

525.az saytına istinadən Icma.az xəbər verir.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti materiallarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz - 5,7 faiz çox olub.

Azərbaycanda bəzi tikinti materialları istehsal olunsa da, əksəriyyəti xaricdən idxal edilir. Xüsusən də qonşu Rusiya və Türkiyədən gətirilən inşaat materialları bazarda mühüm çəkiyə malikdir. Rusiyadan ölkəyə dəmir armatur, metal konstruksiya və taxta məhsulları gəlir. Ukraynadan əsasən artmatur, metal konstruksiya, aluminum və digər məmulatlar gətirilirdi. Lakin müharibə səbəbindən bu idxal dayandırılıb. Bu gün bəzi tikinti materiallarının qiymətində artım müşahidə olunur. Bu, əsasən, taxta materiallarında özünü göstərir.

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Orucun sözlərinə görə, hər il olduğu kimi, bu il də yazın gəlməsi ilə tikinti sektorunda aktivlik artmaqdadır. Bu isə tikinti materiallarına tələbatın yüksəlməsinə və qiymət artımına gətirib çıxarır. Bu il mart ayında qeyri-iş günlərin sayı çox olduğu üçün aktivlik ötən ilin eyni dövrü ilə müqayisədə bir qədər zəif ola bilər. Lakin buna baxmayaraq, tikinti mövsümünün başlanması, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər, ölkə iqtisadiyyatının böyüməsi, işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işləri bazarda canlanmanı dəstəkləyir. Bundan başqa, onun sözlərinə görə, inşaat materiallarının qiymət artımına təsir edən əsas amillər arasında idxal bazarlarında baş verən dəyişikliklər, monetar siyasət və tikinti sektorundakı tələb-təklif balansı xüsusi yer tutur:

"Azərbaycanın əsas inşaat materiallarını idxal etdiyi ölkə hazırda Rusiyadır. Əgər Rusiya-Azərbaycan iqtisadi münasibətlərində hər hansı bir problem yaranmasa və ticarət əlaqələri stabil qalsa, bazarda ciddi dalğalanmalar gözlənilmir. Lakin regionda hər hansı bir fors major vəziyyət, devalvasiya və monetar siyasətdə dəyişiklik qiymət artımına səbəb ola bilər".

V.Oruc bildirib ki, bu tendensiyanın mart-aprel aylarında da davam edəcəyi ehtimal olunur: "Ümumilikdə proqnozlaşdırılır ki, tikinti mövsümünün sonunda inşaat materiallarının qiymətində 10-12 faiz artım baş verəcək. Bənzər şəkildə, daşınma xərclərində də 15-20 faiz civarında artım gözlənilir. Nəqliyyat xərclərinin artması xüsusilə idxal olunan tikinti materiallarının qiymətinə birbaşa təsir edəcək".

Ekspertin dediyinə görə, inşaat sektorunda iri oyunçuların bazara daha çox nəzarət etməsi tendensiyası müşahidə olunur: "Bazarda kiçik tacirlər tədricən sıradan çıxır, iri ticarətçilər isə öz mövqelərini gücləndirir. Bu, qiymətlərin tənzimlənməsinə təsir edə bilər, çünki bazardakı oyunçuların sayı azaldıqca, monopoliya ehtimalı artır. Bu tendensiya xüsusilə Azərbaycanda tikinti bazarının böyüməsi, Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və iri layihələrə tələbatın artması ilə bağlıdır".

İqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, xüsusilə taxta, metal məmulatları və digər xaricdən gətirilən materialların qiymətlərində artım gözlənilir. Yerli istehsal bəzi materiallarda isə qiymət dəyişiklikləri o qədər də kəskin olmayacaq. Armatur və digər köməkçi tikinti materiallarında qiymət artımı nisbətən daha aşağı olacaq. Hazırkı qiymət artımı tendensiyasına əsasən, mart ayının ilk həftələrində bahalaşma ciddi hiss olunmasa da, ayın sonuna və aprel ayının əvvəllərinə doğru daha aydın şəkildə görünəcək.

Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə çox böyük sürətlə təmir-tikinti işləri gedir. Dörd il ərzində bu işlərə 19 milyard manatdan artıq vəsait xərclənib. Bu səbəbdən də ölkədə tikinti materiallarına tələb artıb. Təbii ki, iqtisadiyyatın qanununa görə, tələb artdıqca qiymət də yüksəlir. Təəssüf ki, bu trend davam edir və davam edəcək. Hətta mənzil qiymətlərinin artmasının səbəblərindən biri də məhz bu tikinti materialları bazarındakı bahaçılıqdır.

Natiq Cəfərli qeyd edib ki, bu gün bəzi tikinti materiallarının qiymətində artım müşahidə olunur: "Bu, əsasən, taxta materiallarında özünü göstərir. Azərbaycan tikinti materialları məsələsində də idxaldan asılıdır. Məhz buna görə də xaricdə bahalaşma olan kimi ölkə daxilində də qiymət artır. Ölkəyə tikinti materialları əsasən, xaricdən idxal olunur. Xüsusən də qonşu Rusiya və Türkiyədən gətirilən inşaat materialları bazarda mühüm yer tutur. Taxta materialları isə Azərbaycana əsasən, Rusiyadan gətirilir. Bakıda onların bahalaşması Rusiyada bu materialların qiymətinin artması ilə izah oluna bilər".

İqtisadçı bildirib ki, digər səbəb isə rüsumların hesablanması və yaxud rəsmiləşmə qaydalarının dəyişdirilməsi ola bilər: "Bu qaydaların dəyişməsi iş adamlarının əlavə vəsait xərcləməsinə səbəb olur. Onlar da təbii ki, buna qiymət artımı ilə cavab verirlər: "Xaricdə tikinti materiallarının qiyməti davamlı şəkildə artacaqsa, Azərbaycanda da bu istiqamətdə bahalaşma müşahidə ediləcək".

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə əsasən, tikinti materiallarının qiymətinin bahalaşmasında daşınma xərclərinin artması böyük rol oynayır: "Daşınma xərclərinin artmasının əsas səbəbi isə ondan ibarətdir ki, əvvəllər yük maşınları istənilən qədər yüklənə bilirdi. İndi isə elektron radarlar quraşdırılıb və bununla bağlı konkret tənzimləmə mövcuddur. Məsələn, əvvəl bir maşında bir dəfəyə 45-50 ton yük daşınırdısa, indi bu göstərici 25-30 tona bərabərdir. Göründüyü kimi, daşıma qabiliyyəti iki dəfə aşağı düşüb. Bu da o deməkdir ki, yükdaşımanın qiyməti iki dəfə artıb. Materialların xüsusiyyətindən asılı olaraq onların daşıma xərclərində də qiymət artımı 25-30 faiz təşkil edir".

İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, qiymət artımının səbəblərindən biri işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə bağlıdır: "Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzurda böyük tikinti-abadlıq işləri gedir. Təbii ki, artan tələbat da təklifi üstələyir. Ona görə də taxta materiallarının qiyməti artır".

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının dediyinə görə, ölkədə həyata keçirilən istənilən sosial layihə istehlak bazarındakı qiymətlərə birbaşa təsir edir. Bu bəzən obyektiv yox, subyektiv və hətta psixoloji amillərlə bağlı olur. İstehsal və xidmət sahələrində çalışanlar istənilən qiymət artımının anonsunu eşidən kimi hərəkətə keçirlər. Bahalaşmanın olmasına baxmayaraq, hələlik tikinti bazarında sabitlikdir: "Amma bu sabitlik uzun sürməyəcək. Çünki sosial qanunvericilikdə edilən dəyişikliklər, yəni minimum əmək haqqının və minimum pensiyanını, eləcə də elektrik enerjisinin, qazın və suyun qiymətlərinin artması digər sahələrlə yanaşı, tikinti bazarında da qiymət artımına səbəb olacaq. Bu artımı daha çox yerli istehsal olan tikinti materiallarının qiymətində müşahidə olunacaq. Çünki enerji daşıyıcılarının artan qiyməti istənilən məhsulun maya dəyərinin bahalaşmasına səbəb olur".

O qeyd edib ki, qiymət artımına əsas yaradan digər faktor isə Qarabağ və Şərqi Zəngəzurda tikinti işlərinin genişləndirilməsidir. 2025-ci ildə bu ərazilərin yenidən qurulmasına 4-5 milyard manat xərclənəcək. Bu qədər vəsaitin bazara daxil olması da təbii ki, qiymətlərə təsirsiz ötüşməyəcək: "Qiymətlər əsasən mart ayından başlayaraq artacaq. Bu da onunla bağlıdır ki, yeni tikinti mövsümü başlayır. Artım təbii ki, idxal olunan materiallarda da müşahidə ediləcək. Xüsusən də, martdan başlayaraq taxta materiallarının qiyməti artacaq".

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, daşınmaz əmlak bazarındakı proseslərin tikinti materialları bazarı ilə birbaşa bağlılığı var. Yeni tikililərin sayında, eyni zamanda tikinti materiallarının qiymətlərində baş verən dəyişikliklər əmlakların da alqı-satqı və qiymətlərinə müxtəlif formada təsir göstərir: "Bu gün bütün tikinti materiallarının qiyməti artıb. Bu isə tikinti şirkətlərinin yeni tikili binalardakı qiymətləri qaldırmasına səbəb olur. Daxili təmir üçün ölkəyə kənardan gətirilən bütün tikinti materiallarının da qiymətində artım var".

E.Fərzəliyevin sözlərinə əsasən, materialların qiymətinin bahalaşması daha öncə kreditlə mənzil satmış şirkətlər üçün xoşagəlməz haldır: "Tutaq ki, tikinti şirkəti il yarım əvvəl tikintiyə başlayıb və daxili kreditlə 1 kvadratı min manata olmaqla mənzilləri vətəndaşlara satıb, mənzilin maya dəyəri isə təxminən 700 manat olub. Artıq il yarımdan sonra materialların qiyməti qalxdığına görə maya dəyəri artır və şirkət vətəndaşa etdiyi kreditli satışdan qazanc əldə edə bilmir. Arada müqavilə olduğuna görə qiyməti də artıra bilmir. Tikinti materiallarının bahalaşması yeni tikili binalarda qiymətləri daha çox artıracaq. Yeni tikili binalarda ev alıb təmir edərək satanlar da var. Bu evlərin də qiyməti bahalaşacaq".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Mart 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see269

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see219

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see213

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see209

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see207

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see207

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see207

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see205

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see202

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see198

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see198

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see197

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see197

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see196

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see188

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see188

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see187

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see185

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see181

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri