Icma.az
close
up
RU
Tikinti materiallarının bilinməyən zərərləri Evimizdəki TƏHLÜKƏ

Tikinti materiallarının bilinməyən zərərləri Evimizdəki TƏHLÜKƏ

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan hökuməti tikinti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yeni tədbirlər paketi hazırlayır. Yeni mexanizmlər tikintiyə nəzarət və təhlükəsizlik standartlarının dəqiqləşdirilməsini nəzərdə tutur. Tikinti ərazilərində ekoloji və radioloji risklərin qiymətləndirilməsi və idarə olunması üçün hüquqi baza yaradılacaq. Sağlamlığa zərərli tikinti materiallarının istifadəsinə məhdudiyyət qoyulacaq.

Maraqlıdır, sağlamlığa zərərli tikinti materialları hansılardır?

İnşaat üzrə ekspert Elnur Azadov bildirdi ki, zərərli inşaat materiallarından ən təhlükəlisi istifadəsi dayandırılan asbestdir: "Asbestdən şiferlər istehsal olunurdu. Son 5-10 il ərzində artıq onu dəmir texnologiyalar əvəz edir. Bu səbəbdən asbestdən hazırlanan şiferlərin istifadəsi sıfıra enib. Hazırda bu məhsuldan çox az həcmdə satılır. İkinci təhlükəli məhsul asbestdən hazırlanan borulardır. Həmin borular davamlı olur. Adətən açıq havada istifadə edilmir. Əsasən torpağın altında olur. Məsələn, kanalizasiya borularında asbest borulardan istifadə edilirdi. Onların satışı da hazırda çox azdır. Çünki istifadəsi məhdudlaşdırılıb. Artıq daha yüngül, ucuz başa gələn materiallardan istifadə olunur”.

E.Azadovun sözlərinə görə, bu kimi zərərli materiallardan hər birimiz evimizdə istifadə edirik: "Təhlükəli məhsullardan biri də mebel istehsalında tanıdığımız formaldehitdir. Ondan mətbəx mebeli və digər mebellərdə yapışdırıcı kimi istifadə edirlər. Mebel açıq şəkildə qalanda onun tozu zərərli sayılır. Amma mebelin daxilində olduqda insan sağlamlığına o qədər də zərər vurmur. Plastik və laminat materiallar da təhlükəlidir. Çünki onlar birbaşa insan orqanizmi ilə təmasdadır. Məsələn, ucuz laminatın istehsalında bəzi komponentlər olur ki, onlar qapalı, havalanmayan məkanlarda zərərli maddələr buraxırlar. Bu da insan orqanizmi üçün təhlükəlidir”.

Ekspertin fikrincə, bu sahə dərindən təhlil edilməli, klinik testlər, elmi tədqiqatlar aparılmalıdır. Hər bir inşaat materialının təhlükəsizlik təlimatı olur. Araşdırdıqdan sonra seçim etmək daha məsləhətdir.

Təhlükəsizlik üzrə ekspert Orxan Musayev də düşünür ki, ölkəmizdə tikinti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə yeni tədbirlər planının hazırlanması zəruri və təqdirəlayiq addımdır: "Dünya təcrübəsi də göstərir ki, bəzi materiallar insan sağlamlığı üçün ciddi risklər daşıyır. Buna misal olaraq asbesti, qurğuşun qarışıqlı boyaları, formaldehit və digər üzvü birləşmələr buraxan ucuz yapışqan və plastikləri göstərə bilərik. Asbest ağciyər xərçəngi riski yaradır. Qurğuşun tərkibli boyalar isə uşaqlarda sinir sisteminin zədələnməsinə səbəb olur. Formaldehit və uçucu üzvü maddələr isə astma, allergiya, xroniki bronxit və hətta xərçəng yaradır. Həmçinin radon qazı buraxan bəzi təbii daşlar və yanğın zamanı toksik tüstü buraxan keyfiyyətsiz izolyasiya materialları da təhlükəli hesab olunur. Ona görə burada məsələ onların təkcə texniki uyğunsuzluğu deyil. Həmçinin insan sağlamlığı üçün ciddi təsirlərini nəzərə almalıyıq”.

O.Musayev bildirir ki, Avropa ittifaqı, ABŞ, Yaponiya və digər ölkələrdə zərərli materiallara illərdir məhdudiyyətlər tətbiq olunur. Məsələn, Avropada asbest tamamilə qadağan edilib. ABŞ-da qurğuşun qarışıqlı boyalardan tamamilə imtina olunub. Asiya ölkələrində isə formaldehid səviyyəsinə ciddi nəzarət var: "Azərbaycanda da bu qaydaların tətbiqi həm insanların sağlamlığını qoruyacaq, həm də tikinti sektorunun dayanıqlılığı və inkişafına şərait yaradacaq”.

Mütəxəssisin fikrincə, tikinti materialı alarkən bəzi məsələlərə diqqət etməliyik: "İstifadə olunan materiallar sertifikatlı olmalı və beynəlxalq standartlara uyğunluğu nəzərə alınmalıdır. Mənşəyi məlum olmayan materiallardan imtina edilməlidir. Məhsulun İSO və digər standartlara uyğunluğunu təsdiq edən sənəd olmalıdır. Materialın üzərində havaya daha az zərərli maddə buraxması ilə bağlı yazı qeyd edilməlidir. Yanğına davamlılıq da nəzərə alınmalıdır. Ekoloji uyğunluq və dayanıqlığı da unutmaq olmaz”.

Tibb məsələləri üzrə ekspert, həkim-terapevt Rasif Bağırov da təsdiq etdi ki, müxtəlif tikinti materiallarından düzgün istifadə etmədikdə onlar insan orqanizmində müəyyən xəstəliklər yarada bilir: "Bəzən elə daşlar olur ki, onlar gözə görünməyən radon qazı buraxır. Yaxud ev tikən zaman torpaqdan həmin qaz yüksəlir, evlərə toplanır. Beləliklə, xərçəng və digər ağır xəstəliklərin yaranmasına səbəb olur”.

Həkimin sözlərinə görə, bədənə birbaşa təmas edən materiallar daha təhlükəlidir: "Müxtəlif sintetik yapışqanlar, materiallar mövcuddur. Misal olaraq laminatı göstərə bilərik. Onlarla uzun müddət kontaktda olanda dəri xəstəlikləri, dermatitlər əmələ gəlir. Hətta dəri xərçənginə də səbəb olması mümkündür. Qurğuşun tərkibli boyalar var ki, onlardan istifadə edən zaman lazımi qoruyucu vasitələrdən istifadə olunmayanda bədəndə toplanır. Bu zaman ürək-qan damar sisteminin pozulmasına, böyrək xəstəliklərinə və müxtəlif xərçəng xəstəliklərinə yol açır”.

R.Bağırov tikinti materialları ilə işləyən və təmasda olan insanlara müəyyən tövsiyələr verdi: "Özünü xəstəlikdən qorumaq üçün tikinti sahəsində işləyən insanlar maskalardan və yaxud tənəffüs sistemini qoruyan xüsusi cihazlardan, müəyyən qoruyucu paltarlar istifadə etməlidir. Tikinti materialları alanda lisenziyası olub-olmadığını soruşmaq lazımdır. Həmçinin materiallar orqanizmə mənfi təsir etməyən ekoloji təmiz materiallardan hazırlanmalıdır ki, gələcəkdə həm orada işləyən, həm də yaşayacaq insanlar üçün heç bir sağlamlıq problemi yaranmasın”.

Mənbə: "Kaspi" qəzeti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Oktyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see408

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see295

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see245

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see235

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see122

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri