Icma.az
close
up
RU
Tikinti materiallarının istehsalında azalma

Tikinti materiallarının istehsalında azalma

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda tikinti materiallarının istehsalı azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk rübündə bu sahədə 279,8 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azdır. Hesabat dövründə təbii asfaltın istehsalı 41,3 faiz, gips məmulatlarının istehsalı 29,2 faiz, beton istehsalı 12,8 faiz, tikinti şüşəsinin istehsalı 8,9 faiz, sement istehsalı isə 4 faiz azalıb. Maraqlıdır ki, bu eniş işğaldan azad olunan ərazilərdə genişmiqyaslı tikinti işlərinin getdiyi bir vaxta təsadüf edir. Bu isə sual doğurur: geniş tikinti ehtiyacları fonunda yerli istehsal niyə geriləyir?

İstehsalın azalmasının əsas səbəblərindən biri özəl tikinti sektorunda müşahidə olunan durğunluqdur. Mülki inşaat sahələrində yeni layihələrin sayının azalması istehsalçıların fəaliyyətinə mənfi təsir göstərib.

Tikinti materialları istehsalında mühüm rol oynayan xammal, enerji daşıyıcıları və əməkhaqqı xərclərinin artması da istehsalın azalmasına səbəb olub. Logistika xərclərinin bahalaşması nəticəsində istehsalın maya dəyəri yüksəlib. Bu isə istehsalçıların rəqabət qabiliyyətini zəiflədib və bir çox müəssisələr fəaliyyətlərini məhdudlaşdırmaq məcburiyyətində qalıb.

Azərbaycanda tikinti materiallarının bir hissəsi idxal olunur. Xüsusilə sement, dəmir, boya və plastik məmulatlar kimi məhsullar xarici bazarlardan gətirilir. İdxal olunan məhsulların qiymətlərinin artması, yerli istehsalçılar üçün əlavə təzyiq yaradıb. Yerli istehsal müəssisələri isə texniki avadanlıqların köhnəlməsi, investisiya çatışmazlığı və keyfiyyət standartları baxımından bəzi hallarda rəqabət aparmaqda çətinlik çəkirlər.

Tikinti materiallarının istehsalının azalması tikinti sektorunun inkişafını birbaşa məhdudlaşdırır. Material çatışmazlığı tikinti işlərinin gecikməsinə, layihələrin dayandırılmasına və ya ləngiməsinə səbəb ola bilər. Bu da ümumi iqtisadi aktivliyin azalmasına yol açır. Azalan təklif qiymətlərin artmasına gətirib çıxarır. Tikinti materiallarının qiymətinin yüksəlməsi tikinti xərclərini artırır, nəticədə mənzil, kommersiya obyektləri və infrastruktur layihələrinin qiyməti bahalaşır. Bu isə həm alıcıların, həm də bizneslərin maliyyə yükünü artırır. Yerli istehsal azaldıqca, tələbat idxal yolu ilə təmin edilir. Xarici bazarlardan materialların gətirilməsi isə valyuta ehtiyatlarının azalmasına səbəb olur, idxal asılılığı artır və ölkənin iqtisadi təhlükəsizliyi zəifləyir.

Tikinti materiallarının istehsalında azalma, bu sahədə çalışan işçilərin iş yerlərinin itirilməsi ilə nəticələnə bilər. Bu isə regional və milli səviyyədə işsizliyin artmasına gətirib çıxarır.

İstehsalın azalması bəzi hallarda bazarda ucuz və keyfiyyətsiz idxal məhsullarının artmasına səbəb olur. Bu da tikinti obyektlərinin keyfiyyətinə mənfi təsir göstərir, uzunmüddətli dayanıqlıq və təhlükəsizlik risklərini artırır. Dövlət proqramları və sosial infrastrukturlar üçün tikinti materiallarının azalması layihələrin vaxtında başa çatdırılmamasına səbəb olur. Bu, iqtisadi və sosial inkişafın ləngiməsinə gətirib çıxarır. Tikinti materialları istehsalının azalması sektora olan etimadın azalmasına və yeni investisiyaların azalmasına səbəb olur. Bu da ümumi sənaye sektorunun inkişafına mənfi təsir göstərir.

Tikinti materialları istehsalının azalması sektora olan etimadın azalmasına və yeni investisiyaların azalmasına səbəb olur. Bu da ümumi sənaye sektorunun inkişafına mənfi təsir göstərir.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, qışın sərt keçməsi tələbata təsir edib: "Tikinti materiallarının istehsalının azalmasının əsas səbəbi iqtisadi aktivliklə bağlıdır. Burada digər xərc artıran məqamlar da var. Amma əsas səbəb tələbatdır. Bu ilin qış mövsümü bir az daha sərt keçdi. Təbii ki, bu da tikinti materialları bazarına təsirsiz ötüşmədi. Tikinti materiallarının istehsalında hava amili də böyük rol oynayır".

Ekspert bildirib ki, keçən il beynəlxalq tədbirlərlə əlaqədar ciddi tamamlanma prosesi həyata keçirilirdi. Yol tikintisi və sair sürətləndirilmişdi. Çalışılırdı ki, tikinti işləri tez bir zamanda yekunlaşsın. Həmçinin keçən il Qarabağ və Şərqi Zəngəzurun bərpasına vəsait bu ilə nisbətən daha çox nəzərdə tutulmuşdu. Əvvəl dörd milyard vəsait ayrılsa da, ilin ortalarında bir milyard manat da əlavə olundu. Keçən il tikinti məsələləri daha intensiv idi. Bu səbəbdən də istehsal keçən il daha çox idi.

X.Kərimlinin fikrincə, tikinti materialları istehsalı azalıbsa, tələbat da azdır. Bu zaman tikinti materialları bazarında qiymətlər aşağı düşür. Amma bizdə əksinə, qiymətlər artan tempdə görünür: "Bunun da səbəbi dizel yanacağının qiymətinin artmasındadır. Kommunal qiymətlər, minimum əməkhaqqının artımı kimi məsələlər də tikinti materiallarının xərcinin artmasına təsir göstərən amillərdir. Bu da bazardakı qiymətlərdə əks olunur".

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının tam hüquqlu üzvü İlham Behrudinin sözlərinə görə, əvvəlki illərə nisbətən tikinti aparan hüquqi şəxslərin sayı bir neçə dəfə azalıb: "Sözügedən inşaat materiallarının istehsalının azalmasının bir neçə səbəbləri var. Ən başlıca səbəbi odur ki, inşaat materiallarını istehlak edən təşkilatlar, müəssisələr, fərdlər ölkəmizdə azalıb. Bunun əsas səbəblərindən biri 2024-cü ildə yeni binaların inşaatının başlanılmasına icazələrin sərtləşdirilməsindən irəli gəlir. Hazırda Azərbaycanda yeni binaların tikintisi çox azalıb və ya tamamilə dayandırılıb. Fərdi tikintilərdə də azalma var. Fərdi tikintilərin sürətləndirilməsi üçün vətəndaşlara kömək məqsədilə kreditlər ayrılmalıdır".

Əmlak eksperti Ramil Qasımzadə bildirib ki, bu statistika qış aylarını əhatə edir. Qış aylarında bütün istehsal müəssisələrində azalma müşahidə edilir: "Çünki qış dövründə anbarlarda, ehtiyat məhsul olur. İstehsal müəssisələri də bazara əlavə məhsul çıxarmırlar. Yəni bu, mövsümlə əlaqəli azalmalardır".

R.Qasımzadə bildirib ki, havaların qeyri-stabil keçməsi də rəqəmlərə öz təsirini göstərir: "Bu məhsullara tələbat aprel, may aylarından etibarən artır. Bu zaman yerli istehsalın həcmi də yavaş-yavaş yüksəlir. Amma qış mövsümü tikinti dövrü deyil. Əksinə, tikintilərin, xüsusən də fərdi yaşayış evlərinin inşası azalır. Çünki statistikada adıçəkilən məhsulların quruması zaman alır. Bu da iqtisadi cəhətdən tikinti üçün səmərəli deyil. Onları soyuq havalarda istifadə etmək qeyri-mümkündür. Amma havalar isinəndən sentyabr, oktyabr aylarına qədər tikinti mövsümü olur. Yay aylarında adıçəkilən məhsullar təbii quruma yolu ilə qurudulur. Bu dövrlərdə istehsal da artır".

Ekspertin dediyinə görə, yay aylarında tikintinin intensivləşməsi ən çox beton və dəmir məmulatlarına tələbatı yüksəldir. Həmin məhsullar yol ötürücülərinin tikintisində istifadə edilir. İnfrastruktur layihələri də öncədən bağlanılan müqavilələr əsasında həyata keçirilir.

R.Qasımzadə hesab edir ki, istehsalın azalması qiymətlərdə dəyişikliklərə səbəb olub: "Bəzi məhsulların qiymətində artımlar mövcuddur. Buna misal olaraq sementi göstərə bilərik. Lakin qiymət artımları gözlənilirdi. Xüsusilə də yerli istehsal edilən məhsullarda qiymət artımları daha çox müşahidə olunur. Xaricdən gələn məhsulların isə bəzilərində qiymət artımı var idi. Sement və dəmir məmulatlarda da həmçinin. Qiymətlərin artan tempdə gedəcəyi proqnozlaşdırılır".

R.Qasımzadə bahalaşmanın səbəblərindən də danışıb: "Qiymətlərin artmasının müxtəlif səbəbləri var. Həm xammal qiymətləri yüksəlib, həm də əməkhaqları, sosial ödənişlər artıb. Bu kimi səbəblərlə şirkətlərin xərci artır. Onlar da məhsulun üzərinə əlavə dəyər qoymalı olurlar".

Azərbaycanda tikinti materialları istehsalının azalması müxtəlif faktorların vəhdətindən irəli gəlir. Bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün bəzi tədbirlər görülməsi vacibdir: "Yerli istehsalın stimullaşdırılması və ixrac potensialının artırılması, yeni texnologiyaların tətbiqi və istehsalat sahəsində innovasiyaların təşviqi, idxaldan asılılığın azaldılması üçün alternativ xammal və enerji mənbələrinin axtarışı, inzibati yükün azaldılması və şəffaf biznes mühitinin yaradılması, dövlət tərəfindən uzunmüddətli dəstək proqramlarının hazırlanması.

Tikinti materialları sənayesi hər bir ölkənin iqtisadi inkişafında vacib rol oynayır. Bu səbəbdən, sektorun dayanıqlı və rəqabətqabiliyyətli inkişafı üçün kompleks yanaşma vacibdir.

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:412
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyun 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri