Icma.az
close
up
RU
Tikinti obyektləri su şəbəkəsinə 30 təqvim günündə qoşulur ADSEA

Tikinti obyektləri su şəbəkəsinə 30 təqvim günündə qoşulur ADSEA

Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda tikinti obyektlərinin su şəbəkəsinə qoşulması sifarişçinin müraciət etdiyi gündən etibarən 30 təqvim günü müddətində həyata keçirilir.

Manset.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov "Su şəbəkələrinə qoşulma" işçi qrupunun təqdimatında deyib.

Onun sözlərinə görə, ADSEA tərəfindən elektron su portalı informasiya sistemi yaradılıb: “Bu sistem vasitəsilə su və tullantı sularının idarə edilməsi sistemlərinə qoşulma prosesi tam şəkildə avtomatlaşdırılıb. Müraciətlərin qəbulu və yeni qaydalara əsasən qoşulmalar zamanı digər dövlət qurumları ilə razılaşmalar elektron portal vasitəsilə həyata keçirilir. Əvvəlki dövrlərdə vətəndaşlar və sahibkarlar müxtəlif dövlət qurumlarına ayrıca müraciət etməli və razılıqlar almalı idilər ki, bu da vaxt itkisinə səbəb olurdu”.

O qeyd edib ki, bütün aidiyyəti qurumlar portala qoşulub: “İndi vətəndaşlar və sahibkarlar üçün su şəbəkəsinə qoşulma prosesi xeyli asanlaşıb. Eyni zamanda, layihələndirmə, tikinti, qazıntı və boruların çəkilməsi kimi məsələlərdə də müvafiq icra hakimiyyətləri cəlb olunub. Bununla yanaşı, müqavilələrin də tam elektronlaşdırılması nəzərdə tutulur".

İ. Bayramov bildirib ki, hazırda texniki şərtlər təqdim olunur, qoşulmalar həyata keçirilir və xidmətin dəyəri əvvəlcədən təsdiqlənmiş tariflər əsasında müəyyənləşdirilib: "Müqavilələrin imzalanması prosesi hazırda fiziki iştirakı tələb edir. Biz bu müqavilələrin də tam elektronlaşdırılması, yəni hər hansı bir quruma getmədən elektron qaydada imzalanması üçün tədbirləri 2025-ci ildə həyata keçirməyi planlaşdırırıq”.

Qeyd edib ki, müraciətlər "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri vasitəsilə qəbul edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 30 Yanvar 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri