Tikinti şirkətləri yeni layihələrə başlaya bilmir Bəs qiymətlər niyə qalxır?
Olke.az saytına istinadən Icma.az xəbər verir.
"Azərbaycan daşınmaz əmlak bazarında ən böyük problem tikinti şirkətləri ilə bağlıdır”.
Ölkə.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Azadov deyib.
Onun sözlərinə görə, tikinti şirkətləri 5-6 ildir ki, yeni layihələrə başlaya bilmir:
"Bu da yeni tikiləcək binalara təsir edir. Yeni binalar tikilmir. Tikilməkdə olan binaların da sayı azdır. Bu baxımdan tikinti şirkətləri arasında rəqabət yoxdur. Buna görə də tikinti şirkətləri qiymətləri artırmaqda davam edirlər".
Elnur Azadov bunun səbəbini Arxitektura Komitəsi ilə əlaqələndirib:
"Arxitektura Komitəsi yeni tikintilərə icazələri məhdud sayda buraxır deyə bu baxımdan bütün daşınmaz əmlak sektoru ölkədə bu vəziyyətdədir. Ölkədə alıcı kütləsi çoxdur. Ev almaq istəyən də görür günü-gündən ev bahalaşır, odur ki, tez qərar verməyə çalışır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 01 Aprel 2025 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















