Icma.az
close
up
RU
Tikinti şirkəti hansı halda binanı sökə bilər? VƏKİL

Tikinti şirkəti hansı halda binanı sökə bilər? VƏKİL

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bəzən sosial şəbəkələrdə tikinti şirkətlərinin yaşayış binalarını icazəsiz şəkildə sökməsi ilə bağlı yayılan videolar yayılır.

Həmin görüntülərdə vətəndaşların yaşadığı qorxu, stress və çaşqınlıq açıq şəkildə hiss olunur. Belə hallarda insanlar bir anın içində evsiz qalmaq təhlükəsi ilə üz-üzə qalır.

Bəs bu cür hallarda hüquqi vəziyyət necə tənzimlənir? Tikinti şirkəti hansı halda binanı sökə bilər?

“Cebheinfo.az” xəbər verir ki, vəkil Vamiq Şükürov bu barədə danışıb. O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası, Tikinti və Şəhərsalma qanunvericiliyi, Mənzil Məcəlləsi və mövcud hüquqi aktlara əsasən, tikinti şirkəti ilə mülkiyyətçi arasında birmənalı razılıq əldə olunmalıdır:

“Əgər bu razılıq əldə olunmursa, məsələ məhkəmə mübahisəsi predmetinə çevrilə bilər. Bu mübahisə ya təklif olunan qiymət, ya da əvəzində veriləcək sahənin həcmi ilə bağlı ola bilər. Mübahisə həll olunana qədər tikinti şirkətinin heç bir ixtiyarı yoxdur ki, vətəndaşın həmin binaya gediş-gəlişinə mane olsun, yaxud kommunikasiya xətlərini (qaz, işıq və s.) kəssin.

Bu cür addımlar qanunvericiliyə ziddir. Əgər tərəflər arasında razılıq əldə olunarsa, məsələ ən yaxşı halda könüllü şəkildə və sülh yolu ilə həll olunur. Razılıq əldə olunmadığı halda isə məhkəmə yekun qərar verənədək, yəni binanın boşaldılması və sökülməsi ilə bağlı rəsmi qərar qəbul edilənədək, tikinti şirkətinin vətəndaşı yaşayış sahəsindən çıxarmaq və ya söküntü işlərinə başlamaq hüququ yoxdur”. 

Vəkil qeyd edib ki, bəzən ictimai maraqla fərdi maraqlar toqquşur:

“Məsələn, tikinti şirkəti ərazini qanuni şəkildə əldə edir, orada fəaliyyətə başlayır, sakinlərin 90 faizi ilə müqavilə bağlanır, lakin 10 faiz razılaşmır. Bu halda razılaşmayan şəxslər öz hüquqlarının pozulduğunu düşünürlər. Lakin hər bir halda mülkiyyətçinin hüquqları qorunmalıdır. Eyni zamanda, tikinti şirkəti də vətəndaşlarla uyğunluq yaratmağı, qarşılıqlı anlaşma əldə etməyi bacarmalıdır. Qanun həm ictimai maraqları, həm də fərdi mülkiyyət hüququnu balanslaşdırmağı tələb edir”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri