Icma.az
close
up
RU
Tikinti şirkəti vətəndaşı çıxılmaz vəziyyətə salıb: Ombudsmana müraciət

Tikinti şirkəti vətəndaşı çıxılmaz vəziyyətə salıb: Ombudsmana müraciət

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Pilot-16” MMC tikinti şirkəti ilə bağlı “Cebheinfo.az” saytına şikayət daxil olub. Şikayət edənlər Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi ev 75 ünvanında yaşayan Həsənovlar ailəsidir.

Şikayətçilər bildiriblər ki, “Pilot-16” MMC tikinti şirkəti onların yaşayış mülkiyyət hüquqlarına qəsd edərək Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi ev 75 ünvanında yerləşən yaşayış evlərinə və torpaq sahəsinə özlərinin istədiyi bazar qiymətindən çox ucuz dəyəri kompensasiya kimi verməklə onları öz qanuni əmlaklarından məhrum etməyə çalışırlar:

“Heç bir gücləndirmə - bərkitmə işləri aparmadan evimizin ətrafında söküntü-qazıntı və təməl atma işləri həyata keçirməklə evimizi qəzalı vəziyyətə salırlar. Belə ki, bu işlərə başladıqdan sonra bəzi otaqlarda xırda çatlar əmələ gəlib və süruşüb dağılma təhlükəsi yaranıb. Bundan başqa, ağır texnika ilə iş apararkən guya bilmədən bizə məxsus su kəmərini sındırıblar. Həmçinin, internet xəttinə müdaxilə edərək onu da sıradan çıxarıblar. Hazırda ətrafımız zibilliyə çevrilib, su gölməçəsi yaranıb. Küçəmizi pis vəziyyətə salıblar ki, palçıqlı-gilli yoldan keçmək çox çətin olur. Xüsusən bizim evin qarşısını keçilməz vəziyyətə salmaqla bizi bezdirmək istəyirlər”.

Şikayətçilər qeyd ediblər ki, belə bir qəzalı, antisanitar, yolsuzluq vəziyyəti və qanuni kommunal xidmətlərdən məhrum etmə şəraiti yaradaraq onları çıxılmaz vəziyyətə salmaq niyyətindədirlər:

““Pilot-16” MMC, ümumiyyətlə, hər hansı subyektiv hüquqa malik deyil. ”Pilot-16” MMC ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış torpağın icarəsinə dair 17.04.2020-ci il tarixli, 1576 nömrəli müqavilə Daşınmaz Əmlakın Kadastrı və Reyestri tərəfindən qeydiyyatdan keçməyib. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29-da isə açıq şəkildə yazılır ki, hər kəsin mülkiyyət hüququ vardır .

Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Maddə 33- də hər kəsin mənzil toxunulmazlıq hüququ olduğu qeyd olunub. Maddə 39-da hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ, maddə 41-də insanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb olunması öz əksini tapıb. Maddə 41-in alt bəndində isə açıq şəkildə yazılıb ki, heç kəs yaşadığı mənzildən qanunsuz şəkildə məhrum edilə bilməz. Ölkəmizdə insan hüquqları beynəlxalq sənədlərə söykəndiyi kimi, Azərbaycan Respublikasının Milli Qanunvericilik müddəalarına da əsaslanır. Azərbaycan dövlətinin qoşulduğu beynəlxalq razılaşmaların əsasında insan haqları inkarolunmaz bir hüquq kimi qəbul edilib”.

Qeyd edək ki, şikayətçilər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ( Ombudsman ) Səbinə Əliyevaya da müraciət ediblər.

“Xahiş edirik ki, “Pilot – 16” MMC tikinti şirkətinin bizə qarşı təzyiqinə və qanunsuz hərəkətlərinə son qoyulmasına yardım edəsiniz”,-deyə şikayətçilərin Ombudsmana müraciətində qeyd olunub.

“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Mart 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri