Icma.az
close
up
RU
Tikinti zonalarındakı səhlənkarlıq sürücüləri ölümə aparır Mütəxəssisdən RƏY

Tikinti zonalarındakı səhlənkarlıq sürücüləri ölümə aparır Mütəxəssisdən RƏY

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rauf Ağamirzəyev: “Təhlükəsizlik tədbirləri qəza baş verəndən sonra yox, əvvəl görülməlidir”

Yollarda aparılan təmir-tikinti işləri zamanı təhlükəsizlik məsələlərinə riayət edilməməsi qəzaları qaçılmaz edir. Son günlərdə bir neçə ərazidə baş vermiş qəzalar buna sübutdur. Xüsusən gecə saatlarında görüntü zəiflədiyindən sürücülər maneələri görə bilmir və qəzaların sayı artır. 

Yol və nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev bu problemə toxunub. Mütəxəssis bildirib ki, ardıcıl baş verən hadisələr tikinti zonasında müvəqqəti yol hərəkətinin təşkili və təhlükəsizlik tədbirləri yenidən qiymətləndirilməli olduğunu göstərir: 

- Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsi ilə Mir Cəlal Paşayev küçəsinin kəsişməsində inşa olunan kollektorun 8-ci şaxtasında növbəti yol-nəqliyyat hadisəsi baş verib. Dünən həmin şaxtaya Bolt şirkətinə məxsus avtomobil düşüb. Bir neçə gün əvvəl isə Pirşağı qəsəbəsində tikilməkdə olan analoji kollektorun şaxtasında da oxşar hadisə yaşanmışdı. Ardıcıl baş verən bu hadisələr göstərir ki, tikinti zonasında müvəqqəti yol hərəkətinin təşkili və təhlükəsizlik tədbirləri yenidən qiymətləndirilməlidir. Əraziyə baxış zamanı görünür ki, təxminən 9 metr dərinliyində olan açıq şaxtaların ətrafı beton New Jersey tipli baryerlərlə deyil, rezin sədlərlə mühafizə olunub. Bu isə nəqliyyat vasitələrinin təhlükəli zonaya daxil olmasının qarşısını almaq üçün kifayət etmir. Bundan əlavə, bir sıra vacib təhlükəsizlik elementləri çatışmır; xəbərdarlıq nişanlarının sayı və görünürlüğü kifayət deyil. Yanıb-sönən istiqamətləndirici ox lövhələri quraşdırılmayıb. Mərhələli sürət məhdudiyyəti tətbiq olunmayıb. "İrəlidə maneə" və digər müvəqqəti yol nişanları kifayət qədər deyil. Şaxtaya yaxın hissədə zərbəuducu beton baryerlər quraşdırılmayıb. Reflektorlu nişanlanma və gecə görünürlüğünü artıran işıqlandırma mövcud deyil.

R.Ağamirzəyev qeyd etdi ki, digər mühüm problem isə tikinti başa çatan hissələrdə asfalt örtüyünün üst layının vurulmamasıdır: 

- Yol zolaqları arasında yaranan səviyyə fərqi yüksək sürətlə hərəkət edən avtomobillər üçün ciddi risk yaradır, idarəetmənin itirilməsi və yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır. Belə sahələrdə müvəqqəti nişanlanma və sürət məhdudiyyətləri də mütləq tətbiq edilməlidir. Tikinti aparılan yol sahələrində əsas məqsəd yalnız işlərin görülməsi deyil, eyni zamanda həmin müddətdə hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün beynəlxalq təcrübəyə uyğun olaraq beton New Jersey baryerləri, yanıb-sönən istiqamətləndirici işıqlar, reflektorlu maneə nişanları, mərhələli sürət məhdudiyyətləri və effektiv işıqlandırma tətbiq edilməlidir. İnsan həyatı hər bir tikinti layihəsindən daha qiymətlidir. Təhlükəsizlik tədbirləri qəza baş verdikdən sonra deyil, risk yaranmadan əvvəl görülməlidir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 İyul 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri