Icma.az
close
up
RU
TikTok da “Kiprik kəsmə trendi”: Türkiyəli həkim xəbərdarlıq edir

TikTok da “Kiprik kəsmə trendi”: Türkiyəli həkim xəbərdarlıq edir

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial media platforması TikTok-da yayılan trendlərə bir yenisi daha əlavə olundu. Bir bərbərin paylaşdığı görüntülərlə yayılıb trend halına gələn “kişilərdə kiprik kəsmə” tendensiyası dünya gündəminə də düşüb.


Sherg.az xəbər verir ki, hətta İngiltərənin “The Times” qəzeti də bu trendi gündəmə gətirib. Makas və ya üz qırxma alətləri kimi kəsici vasitələrlə kəsilən kipriklər, estetik baxımdan kişilər arasında populyarlaşmağa başlayıb. 


Kişilər daha maskulin (kişiyəxas) görünmək üçün kipriklərini kəsir və bu trendi dəstəkləyirlər. Lakin sosial mediada sürətlə yayılan bu görüntülər göründüyü qədər zərərsiz deyil. Çünki sadəcə estetik məqsədlə edilən bu trend göz sağlamlığı üçün ciddi təhlükə yaradır.

Tükiyədə göz xəstəlikləri üzrə mütəxəssis Op. Dr. Metin Süleymanzadə, bu trendin göz infeksiyalarına və hətta qalıcı göz zədələrinə səbəb ola biləcəyinə diqqət çəkib.


Dr. Süleymanzadə sözlərinə belə davam edir:

“Gözümüzü xarici təsirlərdən qoruyan ən vacib strukturlardan biri göz qapağı, digəri isə kipriklərimizdir. Kipriklər həm havadakı çirklilik səbəbilə gözlə görünməyən hissəcikləri, həm də günəş işığını süzərək göz üçün birinci dərəcəli müdafiə rolunu oynayır.

Kipriklərin dibində gözə faydalı olan bakteriyalardan ibarət bir flora mövcuddur. Kiprikləri kəsməklə bu təbii floranı məhv edirik. Bu isə patogen mikroorqanizmlərin orada çoxalmasına səbəb ola bilər və nəticədə gözdə qalıcı infeksiyalar yaranar.”


Həkim eyni zamanda xəbərdarlıq edib:

“Bu əməliyyat gözə çox yaxın bir bölgədə kəsik aparıldığından mexaniki olaraq da gözə zərər verə bilər.”


Sonda Dr. Süleymanzadə bildirib ki, kipriklər kəsildikdən sonra uzanma dövründə səhv istiqamətdə böyümə və gözə batma kimi hallar yaşana bilər. Nəticədə göz quruluğundan başlayaraq ciddi infeksiyalara və qalıcı göz problemlərinə qədər uzanan fəsadlar ortaya çıxa bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 İyun 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri