Icma.az
close
up
RU
Tiktok da mollalıq etmək günahdır? AÇIQLAMA

Tiktok da mollalıq etmək günahdır? AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bir müddətdir ki. sosial şəbəkələrdə mollalıq və dini biliklərin çatdırılması məsələsi geniş müzakirə mövzusuna çevrilib. Bu sahədə peşəkar və aydın danışan ilahiyyatçıların fikirləri cəmiyyət üçün daha faydalı və informativ olur, standart və qarışıq açıqlamalardan fərqli yanaşma təqdim edir.
Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu gün ölkəmiz heç bir dini təmsil etmir, amma xalqımız əksəriyyəti müsəlmandır və islam ənənələrini tarixən qoruyub saxlayıb, yaşayır və yaşadanlar var:
“Əslində bu mövzunun özü onu göstərir ki, cəmiyyətin dini biliklərə ehtiyacı var. Sadəcə problem ondadır ki, bu ehtiyac hər zaman düzgün mənbədən və düzgün üsulla qarşılanmır. Quranda açıq şəkildə buyurulur ki, insanları Allaha hikmət və gözəl nəsihətlə dəvət edin. Nəhl surəsi 125-ci ayədə bu prinsip qoyulur. Bu ayə göstərir ki, dini danışıq emosional təzyiq üzərində deyil, düşüncə və anlayış üzərində qurulmalıdır. Sosial şəbəkə isə məhz bu baxımdan həm imkan, həm də imtahandır. Çünki burada söz sürətlə yayılır, amma eyni sürətlə də yanlış yayılır. Məhəmməd peyğəmbər (s.ə.s) buyurur ki, asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, nifrət etdirməyin. Bu hədis bu gün sosial mediada fəaliyyət göstərən hər kəs üçün ölçü olmalıdır. Əgər bir insanın danışığı insanları dindən uzaqlaşdırırsa, deməli üsulda problem var, hətta niyyət düzgün olsa belə. Tarixə baxanda görürük ki, böyük İslam alimləri heç vaxt dini yalnız hökm kimi təqdim etməyiblər. Məsələn, İmam Qəzali dini biliklə yanaşı insan psixologiyasını da nəzərə alırdı. O deyirdi ki, insanın qəlbinə girmədən ona hökm demək təsirli olmur. İbn Sina isə insanın idrak səviyyəsinə uyğun danışmağın vacibliyini vurğulayırdı. Bu yanaşma bu gün sosial şəbəkələr üçün daha da aktualdır”.
O deyib ki, müasir dövrdə isə psixologiya və kommunikasiya elmi göstərir ki, insanlara təsir edən əsas amil sərt informasiya deyil, aydın və səmimi ünsiyyətdir:
“Harvard Universitetində aparılan tədqiqatlar göstərir ki, mürəkkəb və qorxu üzərində qurulan mesajlar uzunmüddətli təsir yaratmır, amma izahlı və məntiqi yanaşma insanın düşüncə sistemində dəyişiklik yaradır. Sosial şəbəkədə mollalıq fəaliyyəti demək əvəzinə islama dəvət düzgün qurulanda bir neçə mühüm fayda verir. Birincisi, dini biliklər əlçatan olur. İnsan artıq sualına cavabı saatlarla axtarmır, birbaşa izah alır. İkincisi, radikal və yanlış fikirlərin qarşısı alınır. Çünki boşluğu həmişə kimsə doldurur. Əgər doğru alim danışmasa, yanlış düşüncə sahibləri danışacaq. Üçüncüsü, din qorxu mənbəyi kimi yox, anlayış və mənəvi sabitlik mənbəyi kimi təqdim olunur. Amma burada əsas şərt var. Dini danışan insan həm elmi savada, həm də məsuliyyət hissinə sahib olmalıdır. Çünki Peyğəmbər (s.ə.s) buyurur ki, kim bilmədən danışarsa, özünə də, başqasına da zərər verər. Bu gün sosial mediada əsas problemlərdən biri də budur. Hər danışan özünü söz sahibi hesab edir. Bu səbəbdən sosial şəbəkədə dini fəaliyyət göstərən şəxslər üç məsələyə diqqət etməlidir. Birincisi, dediyi hər sözün məsuliyyətini daşımalıdır. İkincisi, dini qəliz və qorxulu formada deyil, başa düşülən dildə izah etməlidir. Üçüncüsü, dini şəxsi qazanc və nüfuz vasitəsinə çevirməməlidir. Din insanı sıxmaq üçün yox, yol göstərmək üçün gəlib. Quranda dəfələrlə vurğulanır ki, Allah sizin üçün çətinlik yox, asanlıq istəyir. Bu prinsip sosial mediada da dəyişmir. Əgər bu iş düzgün qurularsa, sosial şəbəkələr sadəcə əyləncə platforması yox, həm də maarifləndirici bir məktəbə çevrilə bilər. Burada deyilən bir doğru söz bəzən illərlə verilən dərsdən daha çox təsir edə bilir. Sonda bir məqamı da demək lazımdır. Din danışmaq təkcə bilik işi deyil, həm də vicdan işidir. Əgər bu ikisi birləşərsə, sosial şəbəkə həqiqətən faydalı bir meydan olar. Əks halda isə səs çox olar, amma həqiqət az olar”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Aprel 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri