Icma.az
close
up
RU
TikTok dietoloqlarının 5 manatlıq tələsi AÇIQLAMA

TikTok dietoloqlarının 5 manatlıq tələsi AÇIQLAMA

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Son dövrlər sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında müxtəlif dietoloqların və ya özünü bu sahədə mütəxəssis kimi təqdim edən şəxslərin 5-7 manatlıq “hazır diet menyuları” satması geniş yayılıb. Aşağı qiymət və “tez arıqlama”, “zəmanətli nəticə” kimi vədlər bir çox insanın diqqətini çəkir və bu xidmətlərin nə dərəcədə effektiv olduğu sual doğurur.
Bu barədə dietoloq Dürrə İsmayılova Demokrat.az-a açıqlamasında deyib ki, bu yanaşma düzgün deyil:
“Müxtəlif yaş qruplarına eyni qidalanma minimumunun tətbiq olunması ciddi səhvdir. 20-25 yaşlı insanlarla 50-55 yaş aralığında olan şəxslərin orqanizmi, maddələr mübadiləsi və həyat tərzi tamamilə fərqlidir. Bu səbəbdən onların qidalanma rejimi də fərdi şəkildə tənzimlənməlidir. Mən özüm də dietologiya üzrə təhsil almışam və uzun illər bu sahədə fəaliyyət göstərmişəm. Təcrübəmə əsasən deyə bilərəm ki, xüsusilə orta və yuxarı yaş qrupuna daxil olan insanların qidalanmasında kəskin dəyişikliklər etmək doğru deyil. Bu insanlar uzun illər müəyyən qidalanma vərdişləri ilə formalaşıblar və birdən-birə karbohidratların çörək, şirniyyat və digər məhsulların tam şəkildə kəsilməsi orqanizm üçün ciddi stress yaradır. Doğrudur, karbohidratların azaldılması müəyyən hallarda çəki itkisinə səbəb olur. Lakin bu prosesin düzgün və mərhələli şəkildə aparılması vacibdir. Əks halda, sürətli və nəzarətsiz arıqlama sağlamlıq üçün riskli ola bilər”. 
O qeyd edib ki, yaşlı insanlarda qidalanmanın kəskin şəkildə dəyişdirilməsi, xüsusilə də karbohidratların birdəfəlik rasiondan çıxarılması qəbuledilməzdir:
“Bu vəziyyəti siqaretin tərgidilməsi ilə müqayisə etmək olar. Necə ki, həkimlər uzun müddət siqaret çəkən insanlara onu birdən-birə yox, mərhələli şəkildə azaltmağı tövsiyə edirlər, qidalanmada da eyni prinsip tətbiq olunmalıdır. Ümumiyyətlə, sağlam qidalanma balans üzərində qurulmalıdır. İnsan orqanizmi bütün qida qruplarına müəyyən miqdarda ehtiyac duyur. Əsas məsələ düzgün seçim etmək, qidalanmanı fərdiləşdirmək və yaş amilini nəzərə almaqdır. Şəxsi təcrübəmi də qeyd etmək istərdim ki, bir vaxtlar çəkim 105 kiloqram olub, lakin son 6 ildə 76 kiloqramda sabit qalmışam. Yaşımla bağlı olaraq daha çox arıqlamağı məqsədəuyğun hesab etmirəm. Hazırda 58 yaşım var və bu çəki mənim üçün optimal sayılır. Qidalanma məsələsində vahid yanaşma yox, fərdi və balanslı yanaşma əsas götürülməlidir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 May 2026 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri